Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

3 yanvar 2021

12:43:15
1102708

Qələbə komandanlarının şəhadətinin ildönümü mərasimi şəhid olduqları məkanda keçirilib

Çoxlu sayda iraqlı Sərdar Qasim Süleymani və Əbu Mehdi Əl-Mühandisin şəhadətinin birinci ildönümündə onların şəhid olduqları Bağdad hava limanı küçəsində möhtəşəm bir mərasim təşkil ediblər.

ABNA24 Xəbər Verir, iraqlılar dünən gecə, Sərdar Süleymani və Əbu Mehdi Əl-Mühəndisi və onların silahdaşlarını daşıyan avtomobillərin ABŞ tərəfindən hədəfə alındığı Bağdadın hava limanına gedən küçədə şamlar yandırıb, dualar oxuyaraq, qələbə komandanlarının xatirəsini əziz tutdular.

Bu mərasimdə Əl-Haşdüş-Şəbinin komandirlərindən bir neçəsi çıxış edərək, müqavimət komandanlarının yollarının davam etdirilməsi, qanlarının qisasının alınması və amerikalı işğalçıların İraqdan qovulması vacibliyini vurğulayıblar.

Eyni zamanda, Nəcəfi Əşrəf şəhərində Əbu Mehdi Əl-Mühəndisin məzarı kənarında digər bir mərasim keçirilib.

Qeyd edək ki, 2020-ci il yanvarın 3-ü İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-leytenant Qasim Süleymani və İraq Xalq Səfərbərlik Qüvvələri Əl-Həşdüş-Şəbinin komandan əvəzi Əbu Mehdi Əl-Mühəndis digər 8 nəfərlə birlikdə terrorçu və təcavüzkar ABŞ Qüvvələrinin İraqın Bağdad aeropotru yaxınlığına endirdiyi hava zərbələri nəticəsində şəhid edildilər. 

342/