Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

2 yanvar 2021

10:57:30
1102273

Qüds qüvvələrinin və müqavimətin yolu Amerikanın şeytani hərəkətlərilə dəyişməyəcəkdir

General-leytenant pasdar Qasem Soleymani, Əbu Məhdi Əlmuhəndis və onların silahdaşlarının şəhadətinin birinci ildönümü mərasimi Tehranda İslam Dünyası və müqavimət mehvəri şəxsiyyətlərinin iştirakı ilə keçirilib.

ABNA24 Xəbər Verir, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenan pasdar Qasem Soleymani və İraq xalq səfərbər qüvvələri- Əlhəşduşşəbinin rəis müavini Əbu Məhdi Əlmuhəndis 8 nəfərlə yanaşı 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu amerikan qüvvələrin İraqın Bağdad şəhər hava limanı yaxınlığında şəhid edildilər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı- briqada generalı pasdar Esmail Qaani bu gün Tehranda general-leytenant pasdar Qasem Soleymaninin, Əbu Məhdi Əlmuhəndisin və onların silahdaşlarının şəhadətinin birinci ildönümü mərasimində deyib ki, şəhid Soleymani İran xalqı və İslam Ümmətinin qəhrəmanı, həmçinin zalım qüvvələrin qüdrətinin sındırılması qəhrəmanıdır. O, bildirib ki, Qüds qüvvələrinin və müqavimətin yolu Amerikanın şeytani hərəkətlərilə dəyişməyəcəkdir.

Briqada generalı pasdar Qaani amerikalılara xitabən belə qeyd edib: Bu cinayəti törətmiş şəxslər bilsinlər; elə bir iş görüblər ki, bütün aləmdə, hər yerdə tapılacaq bir comərd bu işi görmüş namərdləri öz cəzalarına çatdırmağa hazırdır.

342/