Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahar tv
cümə axşamı

24 dekabr 2020

13:43:23
1099270

Təcavüzkar səud koalisiyasının Yəmənə qarşı hava hücumları davam edir

Təcavüzkar səud koalisiyası dekabrın 22-də bir daha Yəmənin Əl-Couf, Məarib və Sədə vilayətlərinin yaşayış massivlərini bombalayıb.

ABNA24 Xəbər Verir, təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin mərkəzində yerləşən Məarib vilayətinin Mahəliyyə bölgəsini bombalayıblar.

Yəmənin şimalında yerləşən Xəb və Əş-Şəf bölgələri də iki dəfə təcavüzkar səud qərəcəları tərəfindən hədəfə alınıb.

Təcavüzkar səud koalisiyasının artilleriya bölmələri də Yəmənin şimalındakı Sədə vilayətinnin Mənbə sərhəd bölgəsini top atəşinə tutublar.

Təcavüzkar səud koalisiyası son günlərdə dəfələrlə Yəmənin Əl-Couf, Məarib və Sədə vilayətlərinin yaşayış massivlərinə hava zərbələri endirib.

342/