Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

14 iyul 2020

15:10:24
1055149

Bəhreynin Ali Məhkəməsi iki müxalif gəncin edam hökmünü təsdiqləyib

Bəhreynin Ali Məhkəməsi iki müxalif gənin edam hökmünü elə bir halda təsdiqləyir ki, hüquqı orqanların məlumatına əsasən onlar işgəncə altında etirafa məcbur ediliblər.

ABNA24 Xəbər Verir, bu iki gəncin adı "Məhəmməd Ramazan" və "Hüseyn Musa"dır.

Bəhreynli mənbələrin bildirdiyinə əsasən, bu iki gəncin edam hökmü təsdiqlənib və hazırda icra edilmək üçün bu ölkənin kralı tərəfindən imzalanmalıdır.

Bəhreyn İnsan Haqları Dərnəyinin sədri Baqir Dərviş deyib: "Bu iki gənc də daxil olmaqla, Bəhreyn Kralı imzasını gözləyən siyasi işlərlər ilə əlaqədar ölüm hökmünə məhkum edilmiş gənclərin sayı 12-yə çatdı.

Bu iki gəncin edam hökmünün təsdiqlənməsi elə bir halda baş verir ki, Avropa Parlamentinin İnsan Hüquqları Komitəsi və Ərəb Ölkələri ilə Əlaqə Komitəsi birgə bəyanat yayaraq, Bəhreyn Müşahidə Şurası tərəfindən bu iki gəncin işgəncəyə məruz qalması və işgəncə altında etiraf etməyə məcbur edilməsi ilə bağlı  təhqiqatın aparılmamasının onları məyus etdiyini söyləyiblər.

Sözü gedən bəyanatda, Bəhreyn insan haqlarına dair beynəlxalq öhdəliklərə sadiq almağa, çıxarılmış edam hökmünü lğəv etməyə və məhkumların işgəncəyə məruz qalması ilə bağlı müstəqil təhqiqat aparmağa çagırılıb.

342/