Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Deyerler "İqna News"-a istinadla
cümə axşamı

23 yanvar 2020

16:59:43
1004848

Ölməz General Şəhid Süleymani!

Şəhid general Süleymani dünyanın azadruhlu insanlarını birləşdirdi

Şəhid general Süleymaninin öldürülməsinə münasibət bildirən nigeriyalı ictimai fəal, bunları söylədi: “ABŞ terrorizmi təkcə İran xalqına deyil, bütün dünyadakı müsəlmanlara qarşı yönəlib. Bu gün ABŞ dünyada pisliyin, İran isə bütün dünya üçün işıq simvoluna çevrilib”.

Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatının üzvü Jumai Əhməd Karufi, şəhid general Süleymaninin terror edilməsinin müsəlmanların və azadlıq sevən insanların qəlbini bir araya gətirən amil adlandırıb.

Nigeriya İslam Hərəkatının üzvü, insan haqları müdafiəçisi, yazıçı, rejissor və müəllimə, Şeyx Zəkzəkinin rəhbərliyi ilə Nigeriya İslam Hərəkatına qoşulan qadınlardan biri idi.

O, 2015-ci ildə Zaria şəhərində, Nigeriya hərbçilərinin Şeyx Zəkzəki və onun ardıcıllarına hücumu zamanı ciddi güllə yarası alaraq, beş övladını itirdi.

"Amerika İnsan Hüquqları Ali Rəhbərin nöqteyi-nəzərindən" adlı ikinci beynəlxalq konfransda danışan Karufi demişdir: "Mən müalicə üçün İrana getmişdim və mənə şəhid Qasim Süleymani ilə görüşmək nəsib olmuşdu. Nigeriya şiələrinə təzyiqlərin olunduğu zaman İran xalqının bizim dostumuz olduğunu başa düşdük".

Şəhid general Süleymaninin öldürülməsinə münasibət bildirən nigeriyalı ictimai fəal, bunları söylədi: “ABŞ terrorizmi təkcə İran xalqına deyil, bütün dünyadakı müsəlmanlara qarşı yönəlib. Bu gün ABŞ dünyada pisliyin, İran isə bütün dünya üçün işıq simvoluna çevrilib”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!