Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
çərşənbə axşamı

14 yanvar 2020

04:28:00
1002119

Amerika Terrorçuluğuna Etirazlar Davam Edir

Noam Çomski: General Süleymaniyə qarşı əməliyyat beynəlxalq terrorizimdir!

Çomski: "Zənnimcə ABŞ hərbiçilərinin Qərbi Asiyada çıxarılmasına dair heç bir əlamət görmürəm. Son illər ərzində Amerikanın məntəqə ölkələrindəki hərbi mövcudluğu süstləşməmişdir və bunun baş verməsinə dair də əlamətlər yoxdur. Əlbətdə qeyd etməliyəm ki, hər bir şey gözlənilməz halda baş verə bilər. Prosesin gedişatından çox şey aslıdır."

Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, geosiyasət üzrə böyük analtik və nəzəriyyəçi Noam Çomski "Hindistan Tayms" qazetinə müsahibə verərək vurğulayıb: "General Qasım Süleymanini terror etmək ən azı beynalxalq terrorisimin nümunəsidir. Hətta ondan da pisdir."

Çomski Amerikanın bu addımını beynəlxalq haqqlara zidd olduğunu bəyan edərək deyib: "Beynəlxalq qanunlar bu məsələ ilə bağlı tam şəffav və aydındır. Bu qanunlar beynəlxalq ərsələrdə təhdid və yaxud güc tətbiq etməyi qadağan etmişdir. Yalnız istisna hallarında buna icazə verir ki, baş vermiş hadisə də bu istisna halına adiyyatı yoxdur."

Analtik bildirib: "Zənnimcə ABŞ hərbiçilərinin Qərbi Asiyada çıxarılmasına dair heç bir əlamət görmürəm. Son illər ərzində Amerikanın məntəqə ölkələrindəki hərbi mövcudluğu süstləşməmişdir və bunun baş verməsinə dair də əlamətlər yoxdur. Əlbətdə qeyd etməliyəm ki, hər bir şey gözlənilməz halda baş verə bilər. Prosesin gedişatından çox şey aslıdır. Hərçənd ki, Amerikanın 2003-cü ilə müqayisədə Qərbi Asiyadakı hərbi mövcudluğu azalmışdır. Amerikanın 2003-cü ildə İraqa etdiyi hərbi hücumu son min ilin ən dəhşətli və pis hücumu idi."

Qeyd edək ki, Avraam Noam Çomski ABŞ linqvisti, filosofu, tarixçisi və politoloqudur. Çomski "müasir dilçiliyin atası" kimi qəbul edilir və analitik fəlsəfənin ən böyük nümayəndələrindən biridir. ABŞ-ın Vyetnam müharibəsindəki siyasətinin açıq tənqidçisi olan Çomski bu müharibəni Amerika imperializmi aktı kimi qəbul edirdi. "Yeni sol" təşkilatı ilə birgə çalışan Çomski dəfələrlə öz aktivist fəaliyyətinə görə həbs edilmiş və ABŞ prezidenti Riçard Niksonun düşmənlərinin siyahısında yer almışdır.

Çomski, Edvard S. Herman ilə birlikdə İndoneziyanın Şərqi Timoru işğal etdiyini bildirmişdir. Onun Holokostun inkarı daxil olmaqla, ifadə azadlığını müdafiı etməsi 1980-ci illərin " Forisson işi"ndə böyük mübahisələrə səbəb olmuşdur.

2003-cü ildə ABŞ-ın İraqı işğal etməsinə qarşı çıxmış və "İşğal hərəkatı"nı dəstəkləmişdir.

Çomski ABŞ xarici siyasətinin, neoliberalizmin, müasir dövlət kapitalizminin, Ərəb-İsrail münaqişəsinin və xəbər mətbuatının əsas axınının tənqidçisidir. Onun ideyaaları antikapitalist və antiimperialist hərəkatlara yüksək dərəcədə təsir göstərmişdir, lakin bəzi tənqidçiləri onu antiamerikanizmdə ittiham edir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!