Biz Zəkzəkiyik!

Şeyx Zəkzəkinin oğlu: "Atamın bir gözü kor, əli və ayağı isə iflic olub"

  • News Code : 767877
  • Source : ABNA- Xəbər Agentliyi Tərcümə Deyerler
Brief

Üç qardaşımla yanaşı, günahsız xalqın öldürülməsinə və qətlə yetirilməsinə şahid olmağım dözülməz bir vəziyyətdir. Anam və atam həbsxana otaqlarında deyillər. Onlar təhlükəsiz və rahat bir şəraitdə də saxlanılmırlar. Nigeriya ordusu keçən səkkiz ay ərzində qardaşlarım, bibim və bir çox qohumlarımın da aralarında olduğu mindən artıq günahsız xalqı öldürdü. Yeddi dəfə anama atəş açdılar, atam da tək gözünü itirməklə yanaşı, qolu və ayaqları da iflic oldu. Ailəmin belə bir vəziyyətdə nə həkimi, nə də vəkili var. Halbuki Dövlət Xidmətləri Nazirliyi onları qoruduğunu iddia edir. Bu səkkiz ay ərzində ən pis təhqirlərə və zorakılığa məruz qalmışıq. Belə ki, şəkillərimizi mətbuatda dərc etdirərək, bizim nüfuzumuza zərər vurmaq istədilər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şeyx İbrahim Yaqub Zəkzəkinin oğlu Məhəmməd Zəkzəki dünya ictimaiyyətinə məktub ünvanlayaraq, atasının üzləşdiyi vəziyyət və Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının liderinə qarşı edilən zülmdən danışıb.

Məhəmməd Zəkzəki yazdığı məktubda belə qeyd edib: "Mən bütün insanların ədalət və ləyaqət hüququna malik olduğuna inanan hər kəsin, daha çox səy göstərərək mənə qoşulmasını istəyirəm".

Məhəmməd Zəkzəki tərəfindən qələmə alınan məktubda aşağıdakı ifadələr qeyd olunub: "Dövlət Xidmətləri Nazirliyi atamın müdafiə olunan məhbus olduğunu iddia edir. Çünki o yaralanıb, bir nəfər və vəkilinin ifadəsinə əsasən, yaralanmış hər bir vətəndaşı qorumaq Dövlət Xidmətləri Nazirliyinin vəzifəsidir! Daha da pis olan vəziyyət isə onların atamı qorumaq üçün 5 milyon naira (Nigeriya pul vahidi) pul sərf etdiklərini iddia etmələridir.

Üç qardaşımla yanaşı, günahsız xalqın öldürülməsinə və qətlə yetirilməsinə şahid olmağım dözülməz bir vəziyyətdir. Anam və atam həbsxana otaqlarında deyillər. Onlar təhlükəsiz və rahat bir şəraitdə də saxlanılmırlar. Nigeriya ordusu keçən səkkiz ay ərzində qardaşlarım, bibim və bir çox qohumlarımın da aralarında olduğu mindən artıq günahsız xalqı öldürdü. Yeddi dəfə anama atəş açdılar, atam da tək gözünü itirməklə yanaşı, qolu və ayaqları da iflic oldu. Ailəmin belə bir vəziyyətdə nə həkimi, nə də vəkili var. Halbuki Dövlət Xidmətləri Nazirliyi onları qoruduğunu iddia edir. Bu səkkiz ay ərzində ən pis təhqirlərə və zorakılığa məruz qalmışıq. Belə ki, şəkillərimizi mətbuatda dərc etdirərək, bizim nüfuzumuza zərər vurmaq istədilər.

Atamın müayinə olunması üçün bir həkimlə görüşməsi ilə bağlı hər gün Dövlət Xidmətləri Nazirliyinə etdiyim tələblər müxtəlif bəhanələrlə rədd edilir. Atamın səkkiz aylıq həbs müddəti ərzində yalnız dörd dəfə onunla görüşməyimə icazə verilib. Son görüşümdə ictimai rəyi manipulyasiya etmək üçün bizim görüşümüzü video qeydiyyatına alıb, fotoları çəkiblər. Əminəm ki, ən qısa bir müddətdə bu görüntüləri görəcəksiniz. Təhsil vəziyyəti və adı-sanı məlum olmayan bir həkim tibbi heyyətlə məsləhətləşmədən atamın bir gözünü itirməsinə səbəb olub.

Onların vəkillərinin iddia etdiyi kimi, atamı qorumurlar. Onlara bir neçə sualım var. İndiyə qədər bu suallarıma bir cavab almamışam: "Ailə üzvlərilə görüşmək hansı təhlükəni yaradır? Həkimlə görüşmək hansı təhlükəni yarada bilər? Atamın vəkililə görüşməsi hansı təhlükəni yaradır? Məqsədimiz təkcə əzizlərimizlə görüşməkdirsə, niyə onlar davamlı olaraq kamera ilə başımızda dururlar və atam bir əsir ikən, mən niyə bir qonağın sakit və minnətdar oğlu kimi olmağa məcburam. Mənim dediyim həqiqətlərə görə ana və atama bir zərər dəyməsi ehtimalı ilə əllərim titrəsə də, hər zaman özümə verdiyim sualı yenidən soruşuram: Görəsən, həqiqətləri dilə gətirə bilərəmmi?"

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!