Afrika Xəbərləri

Şeyx Zəkzəkinin qızı: Nigeriya inqilabı İran İslam inqilabından qaynaqlandı

O, (Şeyx Zəkzəki) imam Xomeyninin söhbətlərini toplayaraq, xalqımıza paylayırdı.

  • News Code : 767243
  • Source : ABNA- Xəbər Agentliyi İslamazeri-ə istinadən
Brief

"Şeyx Zəkzaki fəaliyyətinin ilk anlarında çox az sayda insanla birlikdə idi, ətrafındakıların sayı 20-yə çatanda sevinmişdi."

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya inqilabının İran İslam inqilabından qaynaqlandığını deyən Bədiə Zəkzaki bildirib: “Nigeriya inqilabının nümunəsi, İran İslam inqilabı idi. İran inqilabı ilahi dəyərlərə bağlı olduğuna görə, yalnız Nigeriyada deyil bütün dünyada sevilir. İslam inqilabının qələbəsi ilə dünya azadələri anladı, özlərinə inam qazandı və düşmən müqabilində dözüm nümayiş etdirdilər.”

O, daha sonra deyib: “Şeyx Zəkzəki Nigeriyada İslamın təbliği uğrunda çox problemlərlə qarşılaşdı, lakin nümunəsi İran inqilabı olduğu üçün, problemlər müqabilində də səbr nümayiş etdirdi. Şeyx Zəkzaki fəaliyyətinin ilk anlarında çox az sayda insanla birlikdə idi, ətrafındakıların sayı 20-yə çatanda sevinmişdi. O imam Xomeyninin söhbətlərini toplayaraq, xalqımıza paylayırdı. O, Peyğəmbərin xalis İslamına inanırdı və Nigeriya inqilabının davamlı olmasının səbəblərdən biri məhz bu idi.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!