Afrika Xəbərləri

Nigeriya Ordusu Zariya Şiələrinin Soyqırımında günahkar tanındı

  • News Code : 766965
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Qeyd edək ki, Nigeriya rejimi 2015-ci ilin Dekabr ayının əvvəl günlərində Səudiyyə və israil rejimlərin göstərişi ilə Ayətullah Zəkzəkinin evinə hücuma keçərək Şiə Soyqırımını törətmişdir. Hadisə zamanı 2000-dən artıq sivil Şiə gülləbaran edilmiş və diri-diri yandırılmışdır. Mindən artıq Şiə isə həbsxanalara köçürülmüşdür. Ayətullah Zəkzəkinin 4 övladı Şəhid olmuş özü ilə xanımı ölümcül yaralanmışdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, təftiş və axtarış komitəsi Zariya Şiələrinin Soyqırımı hadisəsilə bağlı verdiyi sonuncu raportda  Nigeriya Ordusunun yüksək səviyyəli zabiti Udeyni Uybadeni cinayət hadisəsinin əmələ gəlməsində təqsirkar bilib və onun tez bir zamanda cəzalandırılmasını tələb edib.

Axtarış komitəsinin verdiyi raportunda Nigeriya Federal dövləti və Nigeriya Ordusunun baş komandanı Tokor Burati günahkar saymayıb.

Raportda deyilir ki, ictimai əmniyyəti təmin etmək üçün Ordu qüvvəsi düzgün addım atmayıb və nəticədə kütləvi insan qırğını baş verib.

Qeyd edək ki, Nigeriya rejimi 2015-ci ilin Dekabr ayının əvvəl günlərində Səudiyyə və israil rejimlərin göstərişi ilə Ayətullah Zəkzəkinin evinə hücuma keçərək Şiə Soyqırımını törətmişdir. Hadisə zamanı 2000-dən artıq sivil Şiə gülləbaran edilmiş və diri-diri yandırılmışdır. Mindən artıq Şiə isə həbsxanalara köçürülmüşdür. Ayətullah Zəkzəkinin 4 övladı Şəhid olmuş özü ilə xanımı ölümcül yaralanmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!