Biz Zəkzəkiyik!

Şeyx Zəkzəki hüquqlarının bərpası üçün Nigeriya rejimi və ordu qüvvələrini məhkəməyə verdi

  • News Code : 756062
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

O, bildirib ki, onun həbs edilməsi və habelə uzun müddətdə zindanda saxlanılması qanunsuz olub və bu işlə bağlı heç bir məhkəmə prossesi keçirilməyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya İslam Hərakatının sədri və Nigeriya Şiələrinin Lideri Ayətullah Şeyx Zəkzəki ötən il Dekabr ayında mövcud Nigeriya rejimi və hərbi qüvvələri tərəfindən vəhşicəsinə yaralanaraq, qanunsuz sürətdə həbs olunmasına və aylarla Nigeriya qazamatında heç bir dəlil və sübut olmadan saxlanılmasına qarşı çıxaraq 23 May 2016 tarixdə Nigeriya Federal rejimi və Hərbi qüvvələri əleyhinə şikayət məktubu yazaraq MƏhkəməyə müraciət edib.

O, bildirib ki, onun həbs edilməsi və habelə uzun müddətdə zindanda saxlanılması qanunsuz olub və bu işlə bağlı heç bir məhkəmə prossesi keçirilməyib.

Ayətullah Nigeriya konstitusiyasının aşağıdakı maddələrinə istinad edərək yazıb:

Konstitusiyanın 35 –ci maddəsinə əsasən mənim 14 Dekabr, 2015 tarixdən bu günə kimi həbs olunaraq saxlanılmağım azadlıq hüququma zidd olaraq qanunsuz həyata keçirilib.

Konstitusiyanın 36 –cı maddəsinə əsasən mənim həbsim qanunsuz və heç bir məhkəmə prossesi keçirilmədən həyata keçirilib.

Afrika insan və xalqlar haqqları mərəmnaməsinə əsasən qeyd olunmuş tarixdən ibarətən mənim həbs edilməyim və həkim müalicəsindən məhrum olunmağım hər bir sıravi vətəndaşın ibtidai hüquqlarının o cümlədən gigeniya, sağlamlıq və vətəndaşlıq hüququna ziddir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!