Afrika Xəbərləri

Ayətullah Zəkzəkinin vəziyyətilə bağlı son məlumat

Şeyx Zəkzəki həm özü və həm də xanımı əhval-ruhiyyə baxımından yaxşıdır.

  • News Code : 741696
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Mənbə daha sonra Ayətullah Zəkzəkinin də müalicə altında olduğunu, amma təəssüf ki, bir gözünü tamamilə itirdiyini və digər gözünün də ciddi dərəcədə görmə funksiyasının zəiflədiyini bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya rejiminin günahsız yerə həbs etdiyi Nigeriya İslam Hərakatın Lideri və İbrahim Yəqubi Zəkzəkidən yeni xəbərlər vardır.

Məlumata görə, nəhayət Şeyx Zəkzəkinin yaxınlarından birinə Ayətullah Zəkzəki və onunla birgə dövlət məmurları tərəfindən ağır yaralanaraq həbs edilmiş həyat yoldaşı ilə görüşə bilib.

Həmin şəxs Əllamə Zəkzəkinin xanımının səhhətinin yaxşılaşmaqda olduğunu bildirib. Lakin Zəkzəkinin xanımına dəyən güllələrdən birinin xanımın iflicolma ehtimalı səbəbilə çıxarmadığını qeyd edib.

Mənbə daha sonra Ayətullah Zəkzəkinin də müalicə altında olduğunu, amma təəssüf ki, bir gözünü tamamilə itirdiyini və digər gözünün də ciddi dərəcədə görmə funksiyasının zəiflədiyini bildirib.

O, deyib ki, bu vaxta qədər Şeyx Zəkzəki üzərində bir neçə dəfə cərrahiyyə əməliyyatı edilsə də, buna baxmayaraq səhhətində gerilik müşahidə olunduğu üçün bundan sonra da bir neçə dəfə əməliyyat olacağını bildirilib.

Şeyx Zəkzəkinin yaralarına görə, ağır yeridiyini deyən mənbə, həm özü və həm də xanımının əhval-ruhiyyə baxımından yaxşı olduğunu açıqlayıb.

Xatırladaq ki, Nardaran Soyqırımından sonra Nigeriya dövləti Səudiyyə Ərəbistanı və sionist rejimin dəstəyi ilə 3 ay əvvəl ordunu Şeyx Zəkzəkinin evinə və Bəqiyyətullah hüseyniyyəsinə hücuma keçirdərək 2000-dən çox Şiəni Şəhid etmiş və minə yaxın Şiəni isə, yaralı vəziyyətdə həbsxanalara salmışdır. Nigeriya Şiə Soyqırımı zamanı Ayətullah Şeyx Zəkzəki göz və sinə nahiyələrindən ağır güllə yaraları almış, xanımı da çoxlu sayda güllə yaraları ilə yaralanmış, bir qızı və üç oğlu isə Şəhid edilmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!