Biz Hammımız Zəkzakiyik

Şeyx Zəkzakidən xəbər var

Nigeriya Əhlibeyt tərəfdarlarının liderinə görüş verildi.

  • News Code : 730955
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

“İslam Alimlər Birliyi" hərəkatının üzvi: "Şeyx Zəkzaki və ailəsi hazırda mualicə alırlar. Hərəkatın üzvlərindən bəziləri onunla görüşə nail olublar. Bu günədək ailəsi onunla görüşə bilməsə də, yaxın günlərdə bu qadağanın ləğv olunması gözlənilir".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Afrikada Şiələrə qarşı soyqırımı həyata keçirən nigeriya rejimi yaraladığı vəziyyətdə qanunsuz həbs etdiyi Ayətullah Şeyx Zəkzakiyə yaxınları ilə görüşə icazə verib.

Nigeriya “İslam Alimlər Birliyi" hərəkatının üzvlərindən olan Həsəb Bala Şeyx Zəkzakilə görüşdüyünü deyib.

O, Şeyx Zəkzaki və ailəsinin vəziyyətinin yaxşı olduğunu bildirərək deyib: "Onlar hazırda mualicə alırlar. Hərəkatın üzvlərindən bəziləri onunla görüşə nail olublar. Bu günədək ailəsi onunla görüşə bilməsə də, yaxın günlərdə bu qadağanın ləğv olunması gözlənilir".

"İslam alimlər birliyi" hərəkatının üzvü Həsəb Bala Nigeriya rejiminin hücumu zamanı həyatını itirənlərlə bağlı da danışaraq "2 minə yaxın Şəhidimizdən əlavə 700 nəfər Şiə də itkin düşüb və onlar barədə heç bir məlumat əldə edə bilməmişik. Xalq Şeyxin sərbəst buraxılmasını tələb etməyə davam edir. Bununla bağlı hər gün etiraz aksiyası keçirilməkdədir. Ordu son hadisələrdən təşvişə düşüb və Əhli-Beyt tərəfdarlarına qarşı zorakı addımlarına hələki son qoyub." deyə Həsəb Bala bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!