Biz Hammımız Zəkzakiyik

Nigeriya polisi: "Şeyx Zəkzəki sağ və salamatdır"

Nigeriya xalqı Şeyx İbrahim Yəqub Zəkzəkinin azad buraxılması tələbilə mitinqlərini fasiləsiz olaraq davam etdirir.

  • News Code : 730780
  • Source : İnteraz
Brief

Qadınların sözçüsü hacıxanım Aişə Həsən etirazlarla bağlı açıqlama verib. O, ordunun bombalar və müxtəlif partlayıcı maddələr istifadə etməklə 27 saat müddətində müsəlmanlara qarşı qətliam etdiyini və mindən artıq müsəlmanı qətlə yetirdiyini bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya ordusu və polisi ölkənin Əhli-Beyt (ə) ardıcıllarının lideri Şeyx İbrahim Zəkzəkinin tərəfdarlarına İslam aliminin sağ və salamat olduğuna dair zəmanət verib.

Nigeriyanın şimalında müsəlman qadınlar Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün etiraz nümayişi təşkil ediblər.

Kaduna vilayətinin Zariya şəhərində toplaşan qadınlar Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzəkinin fotolarını əllərində qaldıraraq, "Şeyx Zəkzəkini azadlığa buraxın" şüarını səsləndiriblər.

Qadınların sözçüsü hacıxanım Aişə Həsən etirazlarla bağlı açıqlama verib. O, ordunun bombalar və müxtəlif partlayıcı maddələr istifadə etməklə 27 saat müddətində müsəlmanlara qarşı qətliam etdiyini və mindən artıq müsəlmanı qətlə yetirdiyini bildirib.

"Biz qeyd-şərtsiz Şeyx Zəkzəki və xanımının azadlığa buraxılmasını istəyirik. Nigeriya daxilində qeyri-qanuni nəzarət mərkəzlərində saxlanılan bacı və qardaşlarımızın azadlığa buraxılmasını tələb edirik", - deyə hacıxanım Aişə Həsən bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!