Biz Hammımız Zəkzakiyik

Nigeriyada 700-dən çox Əhli-Beyt (ə) davamçısı itgin düşüb

İ. Musa: “Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.”

  • News Code : 730772
  • Source : Şəbistan “Fras press”ə istinadla
Brief

Nigeriya İslami Hərakatının sözçüsü: “Bizdə olan siyahıya görə dekabrın 12-də baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya hərbiçilərinin ölkənin şimalında Zarya Əhli-Beyt (ə) davamçılarına hücum və qətliamından təqribən bir ay keçib və Nigeriya İslami Hərakatı bəyanat yayaraq elan edib ki, hərəkata üzv olan 700-dən çox insan itgin düşüb.

Ötən gün Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrın 12-də baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”

İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. “Bizdə olan məlumatlara görə, hərakata üzv olan şəxslərin bir qismi də digər həbsxanalarda o cümlədən Bauci və Abuca şəhər həbsxanlarında saxlanılır. Onların dəqiq sayı bilinmir”.

Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub (Maide-nin tərcüməsindən istifadə edilmişdir)

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!