İran İslam REspubllikası

Sərçeşmə Məscidində Nardaran şəhidləri və Şeyx Nimr yad edildi - Foto

Azərbaycanda təkfirçi qrupların fəaliyyətləri bir həddə çatmışdır ki, bu ölkə rəsmiləri də artıq onlara tərəf sövq olub.

  • News Code : 729485
  • Source : qafqaz
Brief

Höccətül-İslam Nuri: “Şiənin iki bariz xüsusiyyəti vardır: Birincisi, Şiənin məzlumluğu, ikincisi, Şiənin məhrumluğu. Allah bir kəsə izzət vermək istəsə, heç kəs onun izzətini əlindən alıb, zəlil edə bilməz. Həmçinin, Allah bir kəsi xar və zəlil etmək istəsə, bütün dünya birləşsə belə, onu izzətə çatdıra bilməz...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, məğrib və işa namazlarından sonra Ərdəbilin Sərçeşmə Məscidində ümumi əhalinin, İcra Aparatının, Ruhanilər və əyalətin digər dövlət məsullarıın iştirakı ilə anım mərasimi keçirilib. Mərasim Quran tilavəti ilə başlayıb.

Mərasimdə Höccətül-İslam Nuri çıxış edərək Nardaran şəhidlərin və Ayətullah Şeyx Nimrin məzlumcasına şəhadəti münasibətilə İmam Zamana (əc) başsağlığı verib.

Xətib bildirib: “Şiənin iki bariz xüsusiyyəti vardır: Birincisi, Şiənin məzlumluğu, ikincisi, Şiənin məhrumluğu. Allah bir kəsə izzət vermək istəsə, heç kəs onun izzətini əlindən alıb, zəlil edə bilməz. Həmçinin, Allah bir kəsi xar və zəlil etmək istəsə, bütün dünya birləşsə belə, onu izzətə çatdıra bilməz...”

İmam Əlinin (ə) dövründən indiyə qədər Əhli-beyt (ə) haqq-ədaləti müdafiə etdiklərinə görə zülmə məruz qaldıqlarına işarə edərək bildirib: “İmam Əli (ə) buyurur: “Allah, bir kəsə izzət vermək istədikdə, onun əlindən tutur və izzətə çatdırır.” Tarix boyu şiələrə qarşı çoxlu zülmlər olmuşdur. Bu hələ də davam edir. Bunun da səbəbi şiənin haqqı və məzlumu müdafiə etməsidir. Ali-Səud regionda Amerika və sionizmin yetişdirməsidir.

Hal-hazırda dünyanın bütün yerlərində İraq, Yəmən, Suriya, Əfqanıstan, Nigeriya və s. şiələr məskunlaşdığına görə daim əhali öldürülür və onun da yalnız bir səbəbi vardır “Şiələr haqq və məzlumu müdafiə edir...”

Ərəbistanın dövlətinin Qətif bölgəsində Şiələri öldürməsi, Şiə Ruhanisi Şeyx Nimrin Şəhid etməsi Şiənin hələ də məzlum olmasına bir daha sübut olduğunu bildirən Höccətül İslam Nuri deyib: “Bilmirəm nə üçün bizimlə eyni dilli, eyni məzhəbli qonşu ölkə Azərbaycan Respublikası hansı dəlillə, hansı səbəblə Şiələri qətliam etdi? Azərbaycan dünyanın ikinci Şiə ölkəsi olduğu bir halda nə üçün daim Şiələri qətliam edir, repressiya edir? Bunları etməkdə onun məqsədi nədir?

Azərbaycanın hakimiyyəti İmam Hüseynin (ə) Ərbəin ziyarətçilərini həbs edir və evlərinə özü silah qoyaraq, onları silah saxlamaqda ittiham etməklə hansı hədəfi izləyir?

Azərbaycanda təkfirçi qrupların fəaliyyətləri bir həddə çatmışdır ki, hətta bu ölkənin dövlət rəsmiləri də artıq onlara tərəf sövq olub.

Bu ölkədə 400-dən çox təhlükəsizlik qüvvələrinin vəzifədən çıxarılması, MTN kimi bir təşkilatın ləğv olunması və onun yerinə digər bir təşkilatın yaradılması ölkə hakimiyyətinin zəifliyini və onun nə edəcəyini bilməməsini göstərir. Dövlət Şiələri qətliam etməklə hansı məqsəd ardıncadır?

Belə hakimlərin hamısı bilsin ki, bütün fitnələrin sərkərdəsi olan Amerika kimi bir ölkənin prospektlərində azan verilir. Bütün bunlar Şiənin haqq olduğunu və sonda da öz haqqına çatacağını göstərir.”

Mərasimin davamında tanınmış şair Hacı Hüseyn Qəffari və Hacı Əlirza İsfəndiyari Nardaran, Nigeriya şəhidləri və Şeyx Nimrin xatirəsinə mərsiyyə oxudular.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!