Biz Zəkzakiyik

Boko Haram qarşısında aciz qalmış Nigeriya məhkəməsi Şeyx Zəkzakini Şərlədi

Ona qarşı “sui-qəsdə təşəbbüs və ictimai iğtişaşlara çağırış” ittihamı irəli sürdü

  • News Code : 727891
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Məhkəmə qapalı keçirildiyi üçün məhkəmənin cüziyyatı, Şeyx Zəkzakinin özünü müdafiə etməsi və ya vəkilinin danışması barədə məlumat verilməyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya rejiminin ədalətsiz məhkəməsi Nigeriya İslam Hərəkatının Baş Katibini ŞƏRLƏYƏRƏK ona qarşı “sui-qəsdə təşəbbüs və ictimai iğtişaşlara çağırış” ittihamın irəli sürüb.

Məlumata görə, Ərbəin mərasimindən sonra Nigeriya rejiminin ali baş komandanın nəzarəti ilə, ordu qüvvələri tərəfindən Zariya məntəqəsində törədilən soyqırımda ağır yaralanan Ayətullah Şeyx Zəkzaki və tərəfdarlarından bir neçə nəfəri Nigeriya ali məhkəməsində hazır olublar və məhkəmədən sonra yenidən həbsxanaya qaytarılıblar.

Məhkəmə qapalı keçirildiyi üçün məhkəmənin cüziyyatı, Şeyx Zəkzakinin özünü müdafiə etməsi və ya vəkilinin danışması barədə məlumat verilməyib.

Nigeriya polisinin sözçüsünə istinadla verilən məlumatda əlavə olunur: Şeyx Zəkzəki bu məhkəmədə məkrli plan və ictimai asayişi pozmaqdan ittiham olunub.

Xatırladaq ki, Şeyx Zəkzaki 13 dekabr, 2015 tarixdə Nigeriya təhlükəsizlik qüvvələrinin Zariya şəhərində müəmmalı şəkildə onun mənzilinə dəhşətli hücum təşkil etdikdən sonra həbs edilmişdir. Həbs zamanı kütləvi sürətdə əliyalın silahsız Şiələr Şəhid edilmiş və Şeyx göz və sinə nahiyyəsindən güllə yarası alaraq ağır ayralanmışdır. Həmçinin Şeyxin 3 oğlu və bir qızı da bu hücumda Şəhid olmuş xanımının isə ağır yaralandığı deyilir.

Nigeriya təhlükəsizlik qüvvələri bu hadisədən bir gün sonra Zaria şəhərində yenidən Şiələrin dini mərasiminə hücum edir. Onların Məscid və Hüseyniyyələrinə od vuraraq yandırıb aradan aparır.

Qeyd edək ki, bu iki hücum nəticəsində iki mindən artıq Şiənin Şəhid olduğu bildirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!