“Təkfirçi və Ekstrimist Cəryanları 2-ci” Beynəlxalq Konfrans Xəbərləri

Ayətullah Məkarim Şirazi: İslam mehribanlıq və sevgi dinidir

Təkfir etmək İslam Dünyası və bəşəriyyətin bəlasıdır- M. Şirazi.

  • News Code : 732372
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

"Təkfirçi cərəyanların bugünkü dünyadakı təhlükəsi; İslam Dünyası alimlərinin məsuliyyəti" beynəlxalq konfransında çıxış edən Ali Təqlid Mərcəi: “İslam Dünyası alimləri təkfirçilərin kökünü qurutmaq üçün mədəni, ideoloji və media işləri görməlidirlər.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 28. 01. 2016 tarixdə Cüməaxşamı Günü Müqəddəs Qum şəhərindən “Təkfirçi və Ekstrimist Cəryanları 2-ci” Beynəlxalq Konfransı keçirilib.

Konfransın açılışı Ali Təqlid Mərcəsi Ayətullah Nasir Məkarim Şirazi cənabları ediblər. Ayətullah Məkarim Şirazi çıxışında bildiriblər: “Təkfir etmək İslam Dünyası və bütün bəşəriyyətin əsas bəlasıdır və təkfirçilər böhranının həlli üçün siyasi və hərbi həll yolu təklikdə cavab vermir.”

"Təkfirçi cərəyanların bugünkü dünyadakı təhlükəsi; İslam Dünyası alimlərinin məsuliyyəti" beynəlxalq konfransında çıxış edən Ali Təqlid Mərcəyi əlavə edib: “İslam Dünyası alimləri təkfirçilərin kökünü qurutmaq üçün mədəni, ideoloji və media işləri görməlidirlər.”

Ali Təqlid Mərcəsi daha sonra deyiblər: “Bu konfrans təkfirçi düşüncələrinin köklərini araşdırmaq və onlara məntiqli faktlarla cavab verməyə çalışır. Belə ki, gənclər təfkirçi qruplaşmaların başçılarına aldanmasınlar.”

İslam Dünyasının Nüfuzlu Alimi daha sonra qeyd ediblər: İslam alimləri təkfirçi qruplaşmalardan uzaq qalaraq İslamı onların düşüncələrindən təmizləməli və dünyaya elan etməlidirlər ki, İslam qan tökmək, qırğın və viran etmək dini deyil, İslam mehribanlıq və sevgi dinidir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Eksklüziv Buraxılış İslam Sərdarları Hac Qasım Süleymani və Əbu Mehdi əl Muhəndisin Şəhadəti
We are All Zakzaky
conference-abu-talib