$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
İran İslam Respublikasının Milli İstehsalı

Gilan əyalətində Mirzə Kiçikxan Cəngəli kiberoyunun açılış mərasimi keçirildi + Video

  • News Code : 488247
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mirzə Kuçik xan Cəngəli İİR-ın Gilan əyalətinin Talış bölgəsində Rus və İngilis işğalçılarına qarşı silahlı mübarizə aparan, Tehranda Ali Ruhani təhsili almış Mübariz Ruhani olub. Mirzə Kuçik xan “İttihad İslam” (İslam birliyi) adı altında belə adlanan “Cəngəlilər” (meşə adamları) qoşunu ilə üsyan edərək, müttəfiq qoşunları(Rus və İngilis) ilə inadlı mübarizəyə girişir və hər qiymətə olursa olsun onların irəliləməsinin qarşısını almağa çalışıb. İİR yeniyetmələri nəzərə alaraq, tarixin “İttihad İslam” adı altında “Cəngəlilər” qoşunu ilə üsyan edən Mirzə Kuçik xan adlı sağlam kiberoyun yaradıb. Oyun altı həyacanverici mərhələdən ibarətdir. Bütün mərhələlərdə göstərilən yerlər, sekansların hammısı tarixə uyğun sürətdə düzəldilib. Bu oyun səbəb olur ki, Gilan əyalətinin Talış bölgəsinin sakinləri öz şanlı və mübarizəli tarixlərini bir daha yaşasınlar.
Qeyd edək ki, inşaAllah bu yaxınlarda saytımızın izləyicilərinə Mirzə Kuçik xan Cəngəlinin “İttihad İslam” hərakatı haqda qısa anlayış verəcəyik.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır