Suriya Xəbərləri

Dəməşq və Həma vilayətinin şimalında yerləşən bir neçə qəsəbə sələfi zombilərindən azqad edildi

  • News Code : 787742
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Gərgin döyüşlər nəticəsində ABŞ, sionist israil və Qərb Birliyi tərəfindən sözdə yumuşaq müxalifət adlanan “Ceyşul İzzə”, “Əhrar əş-Şam” və “Ceyşul Nəsr” terrorçularından xeyli sayda ünsür məhv edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Suriya Ordusu və könüllü xalq dəstələrinin birgə keçirtdiyi əməliyyatlar nəticəsində Həma vilayətinin şimalındakı Məan şəhərinin qərbində yerləşən Əl-Mədadcin, Əl-Burc, Dəhrat Əl-Qatis məntəqə və Hirbət Kahiliyə yüksəklikləri sələfi terrorçuların işğalından azad edilib.

Gərgin döyüşlər nəticəsində ABŞ, sionist israil və Qərb Birliyi tərəfindən sözdə yumuşaq müxalifət adlanan “Ceyşul İzzə”, “Əhrar əş-Şam” və “Ceyşul Nəsr” terrorçularından xeyli sayda ünsür məhv edilib. Bundan əlavə Suriya ordusu terrorçuların Həma vilayətinin şimalında yerləşən Soran şəhərinin şərgindəki mövqelərinə hücum edib.

Nəticədə ordu və terrorçular arasında şiddətli döyüşlər baş verib. Hazırda Suriya ordusu Həma vilayətinin şimalında terrorçulara qarşı əməliyyatları davam etdirir.

Həmçinin Suriya ordusu Dəməşq ətrafında yerləşən Əldarhəbiyə qəsəbəsi ətrafında terrorçuların genişmiqyaslı hücumunu da dəf edib.

Məlumata görə, Suriya ordusu terrorçulara məxsus bir neçə tank və zirehli texnikanı məhv edərək terrorçulara məxsus onlarla canlı qüvvəni darmadağın edib.

Qeyd edək ki, Dəməşq ətrafında yerləşən Qərbi və Şərqi Quta bölgələri və Dərəa şəhəri ərazisində terrorçulara qarşı əməliyyatları davam edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!