İran: Suriyaya hərbi müdaxilə ABŞ üçün özünəqəsd olacaq.

  • News Code : 782973
  • Source : report.az
Brief

Suriyaya hərbi müdaxilə Əfqanıstan və İraqın ardından, Amerikanın regionda üçüncü məğlubiyyət olacaq

Hərbi müdaxilə Əfqanıstan və İraqın ardından regionda üçüncü məğlubiyyət olacaq

Suriyaya hərbi müdaxilə ABŞ üçün özünəqəsd olacaq. ABNA24.com "Report"a istinadla xəbər verir ki, bu fikirlə İranın dini lideri Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Əkbər Vilayəti səsləndirib.

"Suriyaya birbaşa hərbi müdaxilə ABŞ üçün özünəqəsd və Əfqanıstanla İraqın ardından regionda üçüncü məğlubiyyət olacaq. Bununla yanaşı, məğlubiyyət əvvəlkilərdən daha ciddi olacaq", - deyə Vilayəti bildirib.

Onun sözlərinə görə, Suriya xalqı təqribən altı ildir ki, xüsusilə də, ABŞ başda olmaqla Qərb tərəfindən xarici müdaxiləyə müqavimət göstərir.

"O (Suriya xalqı) ABŞ hərbi müdaxilə edəcəyi təqdirdə də ayaqda dura biləcək. Amerikalılar bunu etməyəcəklər", - deyə İran siyasətçisi əlavə edib.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!