Yaxın Şərq Xəbərləri

Terrorçuların Hələbə hücumu dəf edildi

  • News Code : 780265
  • Source : Eastnews “Sputnik / SANA”-ya istinadla
Brief

Rusiyanın Suriyada Hmeymim bazasında yerləşən atəşkəsə nəzarət mərkəzindən verilən məlumata əsasən, əməliyyat nəticəsində terrorçulara məxsus 3 zirehli avtomobil, 9 ədəd iriçaplı pulemyotla təchiz edilən avtomobil, 4 ədəd tanlk və 100-ə yaxın canlı qüvvəsi məhv edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya ordusu Rusiya Hərbi Kosmik Qüvvələrinin havadan dəstəyilə “Nusra Cəbhəsi” və “Ceyşul Fəth” terrorçularının Hələb vilayəti, Hələb şəhərinin cənub-qərbinə edilən hücumunu dəf edib.

Rusiyanın Suriyada Hmeymim bazasında yerləşən atəşkəsə nəzarət mərkəzindən verilən məlumata əsasən, əməliyyat nəticəsində terrorçulara məxsus 3 zirehli avtomobil, 9 ədəd iriçaplı pulemyotla təchiz edilən avtomobil, 4 ədəd tanlk və 100-ə yaxın canlı qüvvəsi məhv edilib.

Suriya ordusu terrorçuların hücumuna cavab olaraq həyata keçirdiyi əks hücum nəticəsində Hələbin şimalında yerləşən Əl-Skeyf məhəlləsinin cənub sərhədlərində ələ keçirməyə nail olub.

Bundan əlavə Hələb şəhəri ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Rusiya Müdafiə Nazirliyi tərəfindən quraşdırılan videokameralardan birinin canlı yayım ötürücüsü sıradan çıxıb.

Ərazidə olan Rusiyalı hərbçilərin yaralanmadığı qeyd edilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!