Türkiyənin Özbaşınaçılıq Siyasətləri Davam Edir

Suriya Türkiyənin göndərdiyi yardımlardan imtina etdi

  • News Code : 778823
  • Source : Deyerler
Brief

Suriya Xarici İşlər Nazirliyi: "Suriya Ərəb Respublikası hökumət və Birləşmiş Millətlər Təşkilatı ilə koordinasiya edilmədən Hələbə humanitar yardımın daxil olmasını, xüsusilə də Türkiyə rejiminin göndərdiyi yardımı rədd etdiyini bildirir".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya hökuməti Türkiyədən göndərilən yardımlar başda olmaqla, hökumətlə və BMT ilə koordinasiya olunmadan Hələbə humanitar yardım göndərilməsini qəbul etmədiyini açıqlayıb.

SANA xəbər agentliyi Suriyanın Xarici İşlər Nazirliyi rəsmilərinə əsaslanaraq, verdiyi xəbərində belə qeyd edib: "Suriya Ərəb Respublikası hökumət və Birləşmiş Millətlər Təşkilatı ilə koordinasiya edilmədən Hələbə humanitar yardımın daxil olmasını, xüsusilə də Türkiyə rejiminin göndərdiyi yardımı rədd etdiyini bildirir".

Türkiyə baş nazirinin müavini Veysi Kaynak ərzaq, uşaq geyimləri və uşaqlara yardım avadanlıqları daşıyan, təxminən 33 maşınlıq karvanın BMT-nin nəzarəti altında Hələbə göndəriləcəyini qeyd etmişdir. O, humanitar yardım daşıyan 20 yük maşınının Hələbə getmək üçün bu gün səhər Hatay vilayətinin Reyhanlı rayonundakı Cilvegözü sərhəd məntəqəsindən keçdiyini açıqlamışdır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!