Yaxın Şərq Xəbərləri

Türkiyə tankları Suriyanı işğal etdikdən sonra İŞİD, ASO və "Nusra Cəbhəsi" Hələbə hücum etdi

  • News Code : 775688
  • Source : ABNA – Xəbər Agentliyi Xarici KİV-ə istinadla
Brief

Türkiyə Silahlı Qüvvələrinin tanq briqadasının Suriya ərazilərinə təcaüzündən sonra qondarma “İŞİD” adlı terror qruplaşması Hələbə bağlı Afrin şəhərinin cənub-şərqində Suriya Demokratik Qüvvələrinə dünən gecə saatlarında ağır silahlarla hücuma keçib.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə, ABŞ, sionist israil rejim, Səudiyyə Ərəbistan və Qərb dövlətlərinin Yaxın Şərqdə maddi və mənəvi dəstəklər verdiyi terror qruplaşmaları Suriya xalqına qarşı cinayətləri daha da kəskinləşdirmək istiqamətindədirlər.

Belə ki, Türkiyə Silahlı Qüvvələrinin tanq briqadasının Suriya ərazilərinə təcaüzündən sonra qondarma “İŞİD” adlı terror qruplaşması Hələbə bağlı Afrin şəhərinin cənub-şərqində Suriya Demokratik Qüvvələrinə dünən gecə saatlarında ağır silahlarla hücuma keçib.

Suriya Demokratik Qüvvələrinə bağlı “Ceyşul Suvar” təşkilatının əlindəki Əhra kəndinə hücum başladan İŞİD-ə sərt qarşılıq verilməsindən sonra döyüşlər şiddətlənib və hələ də davam edir.

Bu gün səhər saatlarında isə ASO, “Əhrarüş Şam”və “Nusra Cəbhəsi” adlı terror qruplaşmaları birləşərək Əzaz şəhərinin cənubundakı Um-Hoş, Şeyx İsa və Hirbil kəndlərindəki “Ceyşul Suvar” yerləşən mövqelərə ağır silahlarla hücuma keçib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!