Yaxın Şərq Xəbərləi

Bəşşar Cəfəri: "Türkiyə Silahlı Qüvvələri Hələbdə terorçulara silah verir"

Türkiyə Hələbdəki terrorçuları raket və mərmi ilə təmin edir.

  • News Code : 774839
  • Source : Eastnews Tasnim-ə istinadla
Brief

Türkiyənin qanunsuz olaraq Suriyada yerləşdirdiyi anbarlardan “Ceyşul Fəth”, “Nusra Cəbhəsi” və “Əhraruş Şam” adlı terror təşkilatlarına silah və sursat verilib.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar Cəfəri Türkiyə ordusunun Suriyanın Hələb bölgəsində ordu anbarları qurduğunu və buradan terrorçulara silah və hərbi texnika verildiyini deyib.

BMT baş katibi Pan Gi Mun və BMT Təhlükəsizlik Şurasının sədri Ramlan ibn İbrahimə məktub göndərən Cəfəri "1 avqustda Türkiyə qoşunlarının Suriya torpaqlarına girdiyi görüldü. Bu birliklər Hələbin şimalında qalan Bikah qəsəbəsinin qarşısında yerləşdirildi və silah anbarları inşa etdilər.

Bu anbarlardan”Ceyşul Fəth”, “Nusra Cəbhəsi” və “Əhraruş Şam” adlı terror təşkilatlarına silah və sursat verilib", - deyə bildirib.

Qoşunların Türkiyədən Hələbdəki terrorçulara raket və mərmi təmin etdiyini də deyən Cəfəri, habelə silahlıları daşıyan dəstələrin da sərhəddən keçdiyinin müəyyən edildiyini diqqətə çatdırıb.

Cəfəri "Suriya Təhlükəsizlik Şurasının Türkiyəni sərhədlərini silahlı terrorçu qruplara bağlaması və bu qrupları silahlandırmaqda çəkinməyə vadar etməyə dəvət edir", - deyə əlavə edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!