Terrora Qarşı Əməkdaşlıq

Həmədan Hava Limanından qalxan Rusiya təyyarələri Suriyada İŞİD mövqelərinə zərbələr endirib

  • News Code : 772326
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Nəticədə Rusiya aviasiyası 5 böyük silah anbarını, Serakab, Əl-Bab, Hələb, Deyr-əz-Zor yaşayış məntəqələrində yerləşən təlim düşərgələrini darmadağın edib. Həmçinin Cafra və Deyr-əz-Zor şəhərləri yaxınlığında terrorçuların 3 idarəetmə məntəqəsi məhv edilib.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Həmədan Hərbi Hava Limanından havaya qalxan Rusiyanın Tu-22M3 və Su-34 bombardmançı təyyarələri bu gün Suriyada terrorçuların mövqelərinə aviazərbələr endirib.

Məlumata görə, Həmədandakı aerodromdan havaya qalxan təyyarələr Hələb, İdlib, Deyr-əz-Zor vilayətlərində yerləşən İŞİD və “Əl-Nüsra”nın mövqelərinə zərbələr endirib.

Nəticədə Rusiya aviasiyası 5 böyük silah anbarını, Serakab, Əl-Bab, Hələb, Deyr-əz-Zor yaşayış məntəqələrində yerləşən təlim düşərgələrini darmadağın edib. Həmçinin Cafra və Deyr-əz-Zor şəhərləri yaxınlığında terrorçuların 3 idarəetmə məntəqəsi məhv edilib.

Aviazərbələr endirildikdən sonra təyyarələr İran İslam Respublikasındakı bazaya qayıdıblar.

Xatırladaq ki, bundan öncə qeyd olunan ağır qırıcılar Rusiyadan qalxıb Suriyada terror əleyhinə əməliyyatlar həyata keçirirdi. Lakin Rusiya və İİR arasında əldə edilən yeni razılaşamaya əsasən artıq bu qırıcılar İİR-dakı Həmədan bazasından qalxıb Suriyada əməlyyatlara gedir. Bununla da həm uçuş xərcləri xeyli məbləğdə azalıb, həm də ağır qırıcılar bundan sonra terror qruplaşmalarının məhvi üçün daha çox bomba daşıya bilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!