Yaxın Şərq Xəbərləri

İntiharçı özünü partladaraq 50 terrorçunu havaya uçurtdu, 35 terrorçu yaralıdır – Foto

  • News Code : 772187
  • Source : ABNA – Xəbər Agentliyi
İntiharçı Türkiyə ilə sərhəd rayon olan İdlibdə yerləşən və terrorçuları ABŞ istehsalı olan qaçaq silah-sürsatlarla təmin edən Ətmə lagerinin girişində dayanan avtobusda partladıb.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın şimal qərb nahiyyəsində Suriya Dövlət müxalifəti adı altında terror aktları həyata keçirən qrup üzvlərini daşıyan avtobus partlayaraq 50 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Suriya İnsan Haqqları komitəsi hadisənin intiharçı tərəfindən həyata keçirildiyini bildirib. Belə ki, intiharçı Türkiyə ilə sərhəd rayon olan İdlibdə yerləşən və terrorçuları ABŞ istehsalı olan qaçaq silah-sürsatlarla təmin edən Ətmə lagerinin girişində dayanan avtobusda partladıb.

Xatırladaq ki, İdllib rayonu Hələb rayonunun qonşuluğunda yerləşir. Hələb rayonu 2012-ci ildə Suriya dövləti ilə terrorçu ünsürlər arasında aparılan danışıqlardsan sonra iki hissəyə bölünüb, bir hissəsi Suriya dövləti nəzarətində qalaraq digər hissəsinə terrorç ünsürlər nəzarət edib. Son günlər Suriya Ordusu və Suriya Dövlətinin müttəfiqləri Hələbin azad edilməsi üçün geniş miqyaslı əməliyyatlara başlamağı nəzərdə tutublar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!