Böyük Qələbə!

Bəşşar Əsəd: Palmiranın azad edilməsi bir daha ABŞ və Qərb koalisyiasını ifşa etdi!

Palmira- Tədəmmurun itirilməsi İŞİD üçün “ən ağır zərbədir”.

  • News Code : 743784
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Xatırladaq ki, qondarma “İŞİD” adlı sionist terror qrupu Suriyanın mərkəzində səhrada yerləşən tarixi və strateji Palmira şəhərini məhz ötən il, 2015-ci ilin mayında yəni ABŞ koalisiyasının terror təşkilatına qarşı apardığı qondarma əməliyyatları zamanı, tutub. ABŞ hərbi mənbələrinin də təsdiqlədiyi məlumata görə, o zaman onlar Rəqqadan Palmira istiqamətdə hərəkətdə olan İŞİD-in hərbi karvanını nəzarətə götürüb, amma hərbi karvanda uşaqların da olduğundan onu hədəfə almayıblar. Amma onlar bu məlumatı nə ruslar nə də Suriya dövləti ilə bölüşməyiblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hərbi ekspertlər bildirirlər ki, qədim şəhərin özünü “İŞİD” adlandıran terrorçu qrupun əlindən geri alınması onun indiyədək gördüyü ən ağır məğlubiyyət olub.

Suriya ordusu artıq tam sürətdə ABŞ və Qərb Dünyası ilə əlbir olan qondarma “İŞİD” adlı terrorçu qrupun paytaxrtı Raqqaya gedən yola nəzarət edir.

Suriya prezidenti Bəşşar Əsəd bu hadisəni Mühüm Nailiyyət, Suriya ordusunun terrora qarşı mübarizədə Böyük Uğuru adlandırıb.

Suriya ordusu üç həftə idi ki, tarixi şəhərin terrorçualardan geri alması üçün ağır döyüşlər aparırdı.

Bəşşar Əsəd cənabları həmçinin ABŞ və Qərbin “İŞİD”-ə qarşı təşkil verdiyii qondarma koalisiyasını bir daha ifşa edib.

Cənab Prezident deyib: “Suriya ordusunun qələbəsi 60-dək ölkədən ibarət ABŞ və Qərb koalisiyasının “terrorizmə qarşı mübarizədə” ciddi olmadığını nümayiş etdirdi.”

Məlumata görə, Suriya Ordusu hazırda Tədəmmur- Palmira şəhərində küçəbəküçə minaların zərərsizləşdirilməsi işini aparır. Düşmən qüvvələri şəhəri tərk edirək şərq istiqamətində geri çəkilib.

ABŞ və Qərb koalisiyasının dəstək verdiyi terror qruplaşmasının Palmiradan “paytaxt” elan etdikləri Raqqaya gedən yolun hazırda tamamilə Suriya ordusu nəzarətində olması artıq qondarma “İŞİD” adlı terrorçu qrupun bundan sonra yalnız şərqə, İraq sərhədinə doğru geri çəkilə biləcəyini göstərir.

Suriya Ordusunun baş komandanlığı bəyan edib ki, Palmira Raqqa və Dayr əz-Zaur məntəqlərindəki İŞİD qüvvələrinə qarşı növbəti hücumlar üçün platsdarm olacaq.

Qeyd edək ki, Palmira uğrunda döyüşlərdə terrorçuların 500-ə yaxın döyüşçüsü məhv edilib, 150 Suriya əsgəri isə, qərhəmancasına Şəhid olub.

Xatırladaq ki, qondarma “İŞİD” adlı sionist terror qrupu Suriyanın mərkəzində səhrada yerləşən tarixi və strateji Palmira şəhərini məhz ötən il, 2015-ci ilin mayında yəni  ABŞ koalisiyasının terror təşkilatına qarşı apardığı qondarma əməliyyatları zamanı, tutub. ABŞ hərbi mənbələrinin də təsdiqlədiyi məlumata görə, o zaman onlar Rəqqadan Palmira istiqamətdə hərəkətdə olan İŞİD-in hərbi karvanını nəzarətə götürüb, amma hərbi karvanda uşaqların da olduğundan onu hədəfə almayıblar. Amma onlar bu məlumatı nə ruslar nə də Suriya dövləti ilə bölüşməyiblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!