Türk Dünyasının Qərəzli Xəbərləri İfşa Olundu

Türkmən lider: Suriyada türkmənlər deyil, "Nusra" və ASO hədəfə alınıb

AKP mediaları Suriyanın anti-terror əməliyyatlarını "Əsəd Türkmən kəndlərini bombaladı" başlığı ilə xəbərlərdə yayırlar.

  • News Code : 721065
  • Source : İslamAzeri
Brief

Əli Türkman: "Suriya höküməti təbii olaraq Suriyanın - vətəninin birliyini təmin olunması istiqamətində hava və qurudan əməliyyata başlayıb. Hava əməliyyatından öncə hədəflərin - dəqiq yerləri təsbit edilir, sonra hədəflər vurulur. Əsil hədəf "Nusra cəbhəsi" və "Azad Suriya Ordusu"dur. Mediada türkmənlərin hədəfə alınması xəbərləri şişirdilir."

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, son zamanlar Suriya Ordusunun Türkman dağında, Bayırbucak ərazilərində keçirdiyi anti-terror əməliyyatları bəzi qərəzli KİV, xüsusilə Türkiyənin bəzi xəbər agentlikləri tərərfindən "Türkmən qətliamı" kimi dezinformasiyalarla təhrif olunur.

Məlumata  görə, AKP-yə bağlı medianın "türkmən qətliamı" xəbərinə Suriyanın türkmən liderlərindən olan, Əli Türkman münasibət bildirib.

Əli Türkman Türkiyənin "Bir gün" qəzetinə verdiyi müsahibəsində bu xəbərlərin həqiqətə uyğun olmadığını önə çəkib: "Suriya höküməti təbii olaraq Suriyanın - vətəninin birliyini təmin olunması istiqamətində hava və qurudan əməliyyata başlayıb. Hava əməliyyatından öncə  hədəflərin - dəqiq yerləri təsbit edilir, sonra hədəflər vurulur. Əsil hədəf "Nusra cəbhəsi" və "Azad Suriya Ordusu"dur. Mediada türkmənlərin hədəfə alınması xəbərləri şişirdilir."

Qeyd edək ki, son günlər Suriya ordusu anti-terror əməliyyatları çərçivəsində Nəbi Yunus dağına yönələn Suriya ordusu,  "Əl Qaidə"nin digər qruplaşması olan "Əhraruş Şam" və "Liva Sukur Əl Qab"aya qarşı hücuma keçib.

Lakin AKP-yə bağlı media Suriya ordusunun anti-terror əməliyyatlarını "Əsəd Türkmən kəndlərini bombaladı" başlığı ilə xəbərlər yaymağa başlayıblar.

Xatırladaq ki,  bu bölgələrdə türkman və ya qeyri suriyalı çox sayda terrorçular var. "Sol Haber"ə görə bunların əksəriyyəti Türkiyə Kəşfiyyatı ilə sıx əlaqədədirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib