Türkçülüydə Sünni İdeologiyasının Pik Həddi

Türk dünyası “Kərküklilər Şiədir” deyə onlara yardımdan çəkinirlər

Erşat Salehi: Türkmənlərə bütün Şiə qruplar var gücləri ilə dəstək verdi. Amma Türk dünyası...

  • News Code : 720681
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Qeyd edək ki, Türk dünyasının İraq Şiələrinə yardım etməməsi bir mənalıdır. Çünki Türk dünyası ilə Kürdləri bir-birinə bağlayan ünsür məzhəbçilikdir- snnüçilik.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, son günlər başda işğalçı israil rejimi olmaqla ABŞ və Qərb dünyası İŞİD terror qüvvələrini İraq Türkmənlərinin olduğu yerlərdən çıxardaraq Kürd Peşmərgələrini meydana salıb Şiə Türkmələrin canına düçar ediblər.

Bu haqda “İraq Türkmən Cəbhəsi”nin rəhbəri Erşat Salehi İraqın Tuzhurmatu qəsəbəsində Peşmerge (kürd silahlı qüvvələri) ilə Şiə türkmənlər arasında atəşkəslə nəticələnən qarşıdurmalar barədə danışıb. Salehi qarşıdurmalara PKK-nın da qarışmasına görə Kürd partiyalarından açıqlama gözlədiklərini bildirib.

İTC Mətbuat Mərkəzi vasitəsilə təmasa keçdiyimiz Salehi Tuzhurmatu hadisələri və gündəmi qiymətləndirərək bunları söyləyib:

“Tuzhurmatuda Türkmənlərə yalnız Peşmerge hücum etmədi. İşin içində PKK da var. Tuzhurmatu məsələsində əsas tərəflər Kürd qruplar və Şiə türkmənlər olduğundan orada milliyyətçi bir havanın əsməsi mümkün deyil. Türkmənlərə bütün Şiə qruplar var gücləri ilə dəstək verdi. Amma Türk dünyası bizi yenə xəyal qırıqlığına uğradıb, dəstək vermədi və ya vermək istəmədi... Bir millət göz görə-görə yox olur, kimsənin tükü tərpənmir”.
P.S: Qeyd edək ki, Türk dünyasının İraq Şiələrinə yardım etməməsi bir mənalıdır. Çünki Türk dünyası ilə Kürdləri bir-birinə bağlayan ünsür məzhəbçilikdir- snnüçilik.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!