Yaxın Şərq Hadisələri

Sələfi terrorçuları tərəfindən qaçqın vəziyyət salınmış 2 milyon yarım İraqlının həyatı təhlükə ilə üz-üzədir

Əl Cəzirə telekanalı: “Soyuq qış mövsümü qaçqınlar üçün bir nömrəl hədəyə çevrilib. Yardımlar isə...”

  • News Code : 664908
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Döyüş bölgələrindən qaçqın düşmüş ailələrin məsələləri üzrə komitə sədri daha sonra qeyd edib: “Faciə kağız üzərində qeydə alınanlardan qat-qat fərqli və dəhşətlidir. 2 milyon yarımdan artıq insan kütləsi ilə üzləşmişik. Bu miqdarda qaçqın düşmüş insan cəmiyyətinə yardım göstərmək xeyli çətin məsələdir. Bu insanlar bir gecə içində öz isti və rahat evlərini, qazanc yerlərini, əkin sahələrini, ictimai mərkəzlərini buraxaraq belə bir çöl-biyabanlığa üz tutublar.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əl Cəzirə telekanalının hazırladığı reportajda 2 milyon İraq vətəndaşlarının ölkə daxilində acınacaqlı qaçqın vəziyyətində yaşadıqları haqda xəbər verib.

Telekanal bildirib ki, sələfi terrorçularının yürüşləri nəticəsində öz doğma diyarlarından və evlərindən didərgin düşmüş bu qaçqınlar hazırda səhralıqda çadırlar daxilində yaşayırlar və soyuq qış mövsümü qaçqınlar üçün bir nömrəl hədəyə çevrilib.

İraq Baş Nazirinin müavini və eyni zamanda döyüş bölgələrindən qaçqın düşmüş ailələrin məsələləri üzrə komitə sədri Səlah Mütləq dövlətin qaçqınlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün əlindən gələni əsirgəmədiyini bildirb. Lakin Səlah Mütləq onu da qeyd edib ki, qaçqınların sayının həddən artıq çox olduğu üzündən yardımların çatdırılmasında bir çox çətinlikər yaranır.

Döyüş bölgələrindən qaçqın düşmüş ailələrin məsələləri üzrə komitə sədri daha sonra qeyd edib: “Faciə kağız üzərində qeydə alınanlardan qat-qat fərqli və dəhşətlidir. 2 milyon yarımdan artıq insan kütləsi ilə üzləşmişik. Bu miqdarda qaçqın düşmüş insan cəmiyyətinə yardım göstərmək xeyli çətin məsələdir. Bu insanlar bir gecə içində öz isti və rahat evlərini, qazanc yerlərini, əkin sahələrini, ictimai mərkəzlərini buraxaraq belə bir çöl-biyabanlığa üz tutublar.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib