Yəmən xəbərləri...

Yəmənli Qadınlar Səudiyyə cinayətlərinə etiraz etdi / Foto

  • News Code : 811477
  • Source : abna24.com
Brief

Yəmənli qadınlar paytaxt Sənada aksiya keçirərək Səudiyyə rejiminə öz etirazlarını bildiriblər.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə- Yəmənli qadınlar paytaxt Sanada, Səudiyyə Ərəbistanı Krallığı rejiminin ölkələrinə istiqamətli hava hücumlarını qınayaraq, Yəmən ordusu və Ənsarullah hərəkatına olan dəstəklərini yenidən elan etdilər.

Yəmənli qadınlar, Vahabi zehniyyətə sahib Səudiyyə Ərəbistanı rejiminin ölkələrinə qarşı təşkil etdiyi vəhşi cinayətləri qınamaq üçün, mitinq təşkil etdilər.

Yəmənli qadınlar, Səudiyyə Ərəbistanı rejiminin Yəməndə təxribata uğrayacağını və Yəmən torpaqlarının Səudiyyə əsgərlərinə məzar olacağını dedilər.

Mitinqə qatılan qadınlar, Səudiyyə Ərəbistanı rejiminin törətdiyi cinayətlər qarşısında susqunluqlarını qoruyan beynəlxalq cəmiyyətlərin mövqeyini də, sərt bir dillə tənqid etdilər.

Səudiyyə Ərəbistanı, Yəmənə qarşı hava hücumlarını davam etdirir, hər keçən gün ölkədə ki həyat şərtləri çətinləşməkdədir və insanlıq böhranı müşahidə edilməkdədir.

Birləşmiş Millətlər Təşkilatının hazırlamış olduğu hesabata görə;Yəməndə son 7 ay ərzində təxminən 3 milyon insan qida çətinliyiylə qarşı-qarşıya qalmış vəziyyətdədir. 

Səudiyyə Ərəbistanı Krallığı rejimi, Yəmənə qarşı təşkil etdiyi hava hücumlarının əsl hədəfinin; Yəmənin fərari prezidenti Mansur Hadiyi vəzifəyə gətirmək olduğunu açıqlasa da, indiyə qədər Yəmən üçün günahsız və müdafiəsiz insanların ölümündən və ölkənin infrastrukturunun çökməsindən başqa bir işə yaramamış kimi görünür.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib