Yəmən xəbərləri...

19 Milyon Yəmənli Humanitar köməyə möhtacdır

  • News Code : 805376
  • Source : abna24.com
Brief

BMT; "Təxminən 19 milyon Yəmənli humanitar yardımlara möhtac vəziyyətdədir"

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Yəmənin sahil bölgəsində olan Tehita xalqı yemək tapmaqda ciddi çətinlik yaşayır. Bölgə xaos,ümidsiz və çarəsiz bir vəziyyətdədir.

Tehita'da yaşayan xalqın çoxu qıtlıqla mübarizə apararaq, yardımları gözləyir. Bəziləri isə qədərinə təslim olmuşdur.

Bölgədə yaşanan qida çətinliyi səbəbiylə xəstəliyə yoluxmuş bir körpənin anası bunları söylədi: "Artıq övladımı doydurmaq üçün gücüm və pulum qalmadı. Mənim uşağım qeyri-normal qidalanmağa görə xəstələnən milyonlarla Yəmənli uşaqdan yalnız biridir. "

Yəməndə vətəndaş müharibəsi başlamazdan əvvəl, balıqçılıq kəndlilərin ən böyük dolanışıq qaynağı idi. Bu bölgə Husilərin idarəsindədir. Ancaq Ərəbistan bu sahil bölgəsini mühasirədə saxlayır.

Ərəbistan dəfələrlə balıqçılıq edən qayıqları  bombalayıb.

Beynəlxalq müşahidəçilərin şərhlərinə görə; Yəməndəki vətəndaş müharibəsində əksəriyyəti qadın və uşaq olan 7000 adam həyatını itirib və 3 milyondan çox adam da evsiz qalıb.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib