$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
Əssalam ələyk ya Əli ibn Musa ər-Rza!

İtalyan qadın İmam Rzanın (ə) hərəmində müsəlman oldu

  • News Code : 804540
  • Source : abna24.com
Brief

Italyalı bir qadın İmam Rzanın müqəddəs hərəmində İslam dinini və Şiəliyi qəbul etdi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Elna Nigara adlı bu İtalyan qadın etdiyi geniş araşdırmalar nəticəsində İslam dininin son haqq din olduğu nəticəsinə varmış və beləcə İslam dinini qəbul etmişdir.

İtalyan qadın İslam dinini qəbul etməsi haqqında bunları söylədi: Mən psixologiya üzrə oxuyuram. Mən ruhi dinclik meydana gətirmənin və Allaha yaxınlaşmanın yolunu tapmağa və xəstələrin bu məzmundakı problemlərini həll etməyə çalışırdım. Bu arada İslam dini ilə tanış oldum və bu xüsusiyyətlərin İslam dinində olduğunu gördüm.

Mən ilk dəfədir İmam Rzanın hərəminə gəlirəm və İmam Rzanın ziyarəti, bu anların çox gözəl və xatirələrlə dolu olmasına səbəb oldu.

Elna Nigara, belə davam etdi: Mən İslam dinini qəbul etmək üçün Quranı oxudum və bu sıralarda Nəhcül--Bəlağa və digər hədis kitablarını oxumağla məşğulam; çünki bu kitablar məni bu uca dininin əslinə çatdırır.

Yeni Müsəlman olanlar üçün ən yaxşı həll yolu, onların çox mütaliə etmələridir. Çünki oxumaq insanı İslam dininin həqiqətinə çatdırır.

Bu İtalyan qadın sözlərinə bunları əlavə etdi: İslam Peyğəmbərinin Əhlibeyti ilə tanış olmaq insanın İslam dini müstəvisində addım ata bilmesi üçün lazımlı olan şəraiti meydana gətirərərk, bu uca dinin dərin maarifini daha yaxşı tanıma imkanı verir.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad laızmdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*