Rusiyanın Suriyaya uçan hərbi təyyarəsi dənizə düşdü – 92 ölü

  • News Code : 800670
  • Source : azadlıq.info
Rusiyanın Tu-154 tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 8-i ekipaj üvü olmaqla, 92 nəfər olub.
Əhlibeyt(ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-Təyyarə Moskvadan Soçiyə gəlib, ordan da Suriyaya – Himeymimdəki Rusiya hərbi bazasına uçmalı imiş. Lakin havaya qalxandan az sonra Adler qəsəbəsi yaxınlığında radardan itib. Rusiya Müdafiə Nazirliyi açıqlama verib ki, təyyarə Soçi sahillərindən 6 kilometr uzaqlıqda Qara Dənizə düşüb. Nazirlikdən bildirilib ki, təyyarədəkilərin kiminsə sağ qaldığı gözlənilmir.
Qəzaya təyyarədə yaranmış texniki problemin səbəb olduğu güman edilir. Rusiya KİV yazır ki, təyyarə 1983-cü ildən istismarda olub. Uçuş üzrə mütəxxəsislər güman edir ki, təyyarə yüksəkliyə sürət yığarkən idarəetmədə kritik nasazlıq yaranıb.
Bununla belə, bəzi ekspertlər və peşəkar təyyarəçilər terror ehtimalını da istisna etmir. Lakin Rusiya rəsmiləri terror versiyasını rədd edir.
Təyyarənin göyərtəsində Rusiya hərbi orkestrinin – məşhur Qızıl Ordu Xorunun 64 üzvü, 9 jurnalist, 8 əsgər, 1 ictimai təşkilat nmayəndəsi, 2 nəfər isə nazirlik rəsmisi olub. Jurnalistlər “1-ci kanal”, NTV və “Zvezda” telekanallarından olublar.
Təyyarənin 110 metr dərinliyə batdığı bildirilir.
Axtarış-xilasetmə işlərinə 6 gəmi, 63 dalğıc və helikopter cəlb olunub.
Rusiya prezidenti Vladimir Putin qəzanı araşdırmaq üçün nəqliyyat nazirinin rəhbərliyi altında hökumət komissiyası yaradıb.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

قدس راه شهداء
Eksklüziv Buraxılış İslam Sərdarları Hac Qasım Süleymani və Əbu Mehdi əl Muhəndisin Şəhadəti
We are All Zakzaky
conference-abu-talib