ABŞ cinayətləri...

ABŞ Hazırda 7 Ölkəni bombalayır; 7-si də müsəlman ölkələridir.

Amerika ən böyük şeytandır! (İmam Xomeyni)

  • News Code : 790767
  • Source : abna
Brief

ABŞ hal-hazırda dünyada 7 ölkəni bombalayır. Bu ölkələrin hamısının müsəlman ölkələri olması təəcüblü deyil.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - ABŞ hal-hazırda dünyada 7 ölkəni bombalayır. Bu 7 ölkələr də müsəlman ölkələrdən ibarətdir:

1-Əfqanıstan

11 Sentyabr hücumu bir çoxları tərəfindən dünyada bir dönüş nöqtəsi olaraq görülür. Hücumdan dərhal sonra ABŞ Əfqanıstanı işğal etdi. 2001-ci ildə işğal edilən Əfqanıstanda ABŞ və NATO qüvvələri sözdə 15 ildir Talibanla mübarizə edir. Əfqanıstan, ABŞ tarixinə ən uzun davamlı döyüş olaraq yazıldı.

2- Pakistan

ABŞ-ın bombaladığı ölkələrdən biri də Pakistandır. ABŞ birbaşa Pakistanı işğal etməmiş olsa da, Pakistan-Əfqanıstan sərhədində, qondarma Əl-Qaidə və Taliban güclərini bombalayır.

3-Yəmən

Yəmən də ABŞ-ın hava hücumlarından zərər çəkən ölkələrdəndir. Bu günlərdə Səudiyyə Ərəbistanının koalisiya gücləri ölkədə məzlum vətəndaşları bombalayır. Uzun zamandır hava hücumlarının hədəfi olan Yəməndə sanki bir insani faciə yaşanır. 

4- İraq

İraqın 2003-ci ildə işğal edilməsi Yaxın Şərqdə 10 ildən çoxdur yaşanan xaosun səbəblərindən biri olaraq göstərilir. Bu vəziyyət işidi kimi terror təşkilatlarının yaranmasına da zəmin hazırladı.

5- Suriya

Suriya ABŞ tərəfindən bombalanır.

6-Liviya

Liviya, Muammer Qəddafinin devrilməsi zamanı Fransanın liderliyində bombalanmaya başlandı. Qəddafidən sonra dinclik tapa bilməyən Liviyada yaranan boşluğu qiymətləndirən İŞİD bir çox bölgəni idarəsinə keçirdi. ABŞ, Özünün yaratdığı İŞİD bəhanəsiylə Liviyanı da vurur.

7- Somali

2012-ci ildə Əl Qaidəyə bağlılığını elan edən Əş Şəbab Somalidə vətəndaşları qətl edən bir təşkilatdır. Bir çox ölkə tərəfindən terror siyahısına alındı. ABŞ, bu təşkilatı bəhanə edərək Somalini də vaxt aşırı bombalayır.

Qeyd edək ki, bu cinayətlər ABŞ-ın öz müdaxiləsini açıq şəkildə bildirdiyi cinayətlərdir. Demək olar ki dünyada baş verən çaxnaşmaların çoxunun,istər bir başa istərsədə dolayısı yolla, səbəbkarı Birləşmiş Ştatlar hakimiyyətidir!

Diqqət! xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib