Türk təyyarələri 22 Oktyabrdan bəri Suriyaya girə bilmir.

  • News Code : 788619
  • Source : abna
Brief

Adını vermək istəməyən bir Türk rəsmisi, Suriyanın Rus istehsalı olan hava müdafiə sistemlərindən istifadə etməsi səbəbiylə Suriyaya təyyarə girə bilmədiyini qeyd etdi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə -Suriya hava sistemini gücləndirdiyinə görə türk təyyarələri Suriyanın hava sahəsini qanunsuz poza bilmir.

Hurriyet Daily News-un xəbərinə görə, Türk Hava qüvvələri, 22 oktyabr son hava hücumundan bəri, Suriyanın şimalında uçuş edə bilmir.

Adını vermək istəməyən bir Türk rəsmisi, Suriyanın Rus istehsalı hava müdafiə sistemlərindən işlətməsi səbəbiylə Suriyaya türk təyyarələri daxil ola bilmir deyə  qeyd edib. Koalisiya təyyarələrinin də bölgədəki uçuş sayında azalma olduğunu söyləyib.

20 Oktyabr, Türkiyənin, kürdlərin nəzarətində olan Um Huş kəndinə hava hücumu etməsindən sonra, Suriya ordusu, bu vəziyyətin təkrarlanması halında Türk təyyarələrini vuracağını açıqlamışdı.

Ertəsi gün Rusiya xarici işlər naziri Sergey Lavrov da, Türkiyənin kürd güclərinə hücumundan narahatlıq duyduqlarını söyləmişdi.

abna24.com-xəbərdən istifadə etdikdə istinad vacibdir!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!