Türkiyə Suriyada dinc sakinləri hədəfə aldı.

"Türkiyə aviasiyasının Hələbdən şərqdə yerləşən Əl-Bab rayonununı Sulsana kəndinə endirdiyi zərbə nəticəsində 28 nəfər öldürülüb

  • News Code : 783598
  • Source : islamazeri
Brief

Türkiyə aviasiyasının hərbi təyyarələri bu gün Hələbin şərqində yerləşən Sulsana kəndinə hücum edib. Nəticədə 28 nəfər dünyasını dəyişib, 100-dən çox insan isə yaralanıb.

İslamazeri.az-ın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə əsasən, müxalif Suriya Demokratik Şurasının üzvü Rizan Hadu bildirib ki, Türkiyə aviasiyasının hərbi təyyarələri bu gün Hələbin şərqində yerləşən Sulsana kəndinə hücum edib. Nəticədə 28 nəfər dünyasını dəyişib, 100-dən çox insan isə yaralanıb.

"Türkiyə aviasiyasının Hələbdən şərqdə yerləşən Əl-Bab rayonununı Sulsana kəndinə endirdiyi zərbə nəticəsində 28 nəfər öldürülüb, yüzdən çox insan isə xəsarət alıb.", - deyə agentlik həmsöhbəti bildirib. O qeyd edib ki, cinayət bu gün səhər saatlarında baş verib.

Hadunun sözlərinə görə, bu kənd İŞİD terror təşkilatının nəzarəti altındadır. Müxalif öz və yaşayış məntəqəsində yaşayan sakinlərin adından beynəlxalq təşkilatları insidentin təcili araşdırılmasının başlanmasına, "Türkiyə zorakılığını" dayandırmağa, o cümlədən də xəsarət alanları tibbi və humanitar yardımla təmin etməyə səsləyib.

Bu gün, daha əvvəl Kürd Özünümüdafiə Qüvvələrindəki mənbədən bildiriblər ki, böyük ehtimalla Türkiyə HHQ-in hava zərbələri nəticəsində Hələb əyalətinin şimalında yerləşən Təltana kəndində təxminən 20 nəfər dinc sakin həyatını itirib, onlarla insan isə yaralanıb.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!