$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi

Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi

  • News Code : 693825
  • Source : azeri.sahartv.ir
Brief

Beynəlxalq Amnistiya təşkilatı Şeyx Əli Salmanın mühakimə olunması prosesini ciddi şəkildə izlədiyini bildirərək onun dərhal azad edilməsini istəyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Beynəlxalq Amnistiya təşkilatı Şeyx Əli Salmanın mühakimə olunması prosesini ciddi şəkildə izlədiyini bildirərək onun dərhal azad edilməsini istəyib.

Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Afrika məsələləri üzrə direktorunun müavini Səid Bumduhə bildirib: Biz illərlə öncədən Bəhreynin əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın açıqlamalarını ciddi şəkildə izləmişik. Şeyx Əli Salman heç vaxt kobudluqdan istifadəyə dəvət etməmiş, hətta işarə belə etməmişdir. O mövqeyi və əqidəsinə görə həbs olunmuşdur. Biz həmişə onun dərhal azadlığını istəmişik və istəyəcəyik.
Bumduhə bildirib: Biz Şeyx Əli Salmanın mühakimə prosesini həmişə izləyir və onun həbs olunduğu zamandan azad olunmasını istəmişik. Çünki ona qarşı irəli sürülən ittihamlar barədə heç bir fakt yoxdur. Şeyx Əli Salman uzun müddətdir Ali-Xəlifə rejiminin həbsindədir və dəfələrlə saxta ittihamlarla mühakimə olunmuşdur. Onun həbsi ictimai və beynəlxalq etirazlara səbəb olmuşdur
    
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*