$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
Bəhreynli alimlərdən Şeyx Əli Salmana dəstək bəyanatı

Bəhreynli alimlərdən Şeyx Əli Salmana dəstək bəyanatı

  • News Code : 678934
  • Source : maide.az
Brief

Bəhreynin tanınmış alimləri bəyanat verərək Milli Əl-Vifaq İslam Cəmiyyətinin baş katibini dəstəklədiklərini elan ediblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynin tanınmış alimləri bəyanat verərək Milli Əl-Vifaq İslam Cəmiyyətinin baş katibini dəstəklədiklərini elan ediblər.

Tanınmış bəhreynli alimlər öz bəyanatında Ali-Xəlifə rejiminin Bəhreyn Milli Əl-Vifaq İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmana zülmü, onun həbs və mühakiməsini pisləyiblər. Bu kimi hərəkətləri din, əxlaq, daxili və beynəlxalq qanunlara zidd olduğunu vurğulayıblar.

Bəhreynin tanınmış alimləri Seyid Cavad Əl-Vadii, Şeyx İsa Əhməd Qasim, Seyid Abdulla Əl-Qərifi, Şeyx Məhəmməd Saleh Əl-Rəbii və Şeyx Əbdülhüseyn Əl-Sitri bu bəyanatda Ali-Xəlifə rejiminin zülm xarakterli hərəkətlərinin dayandırılmasını tələb ediblər. Şeyx Əli Salmana qarşı irəli sürülən bütün əsassız ittihamların dərhal ləğv olunmasını tələb ediblər.

Minlərlə Bəhreyn vətəndaşı da çərşənbə axşamı günü bu ölkənin müxtəlif bölgələri, o cümlədən Manamada Şeyx Əli Salman və digər siyasi məhbusların azad olunması tələbi ilə irimiqyaslı aksiyalar keçirib.

Şeyx Əli Salman Bəhreyn xalqının azadlıq və ədalətin bərqərar olunması hüququnu dəstəklədiyinə görə 2014-cü il 28 dekabrda həbs olunub və bu gün (25 mart) onun 3-cü məhkəmə iclası keçirilməlidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*