ABŞ-ın iç üzü açıqlandı

11 sentyabrın qəhramanı müsəlman oldu

  • News Code : 279493
  • Source : Dunya Bulteni Deyerler
11 sentyabr hadisəsində hələ təyyarə binalara çırpılmadan qabaq binanın içərisində partlayışlar olub"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  11 sentyabr 2001-ci il hadisələrinin qəhrəmanı Viliam Rodrigez baş verən hadisədən 6 il sonra müsəlman olduğunu qeyd edərək, 11 sentyabr partlayışının ABŞ-ın İraqa girməsini haqlı göstərmək üçün edildiyini bildirib.

Viliam Rodrigez qeyd edib ki, 11 sentyabrın müsəlmanların üzərinə atılması səylərinə dözə bilmirəm və hələ təyyarə binalara çırpılmadan qabaq binanın içərisində partlayışlar olub.

Bu açıqlamaları Türkiyədə verən amerikalı qəhrəman Vanda zəlzələ olduğunu öyrəndikdən sonra, oranı da ziyarət edəcəyini bildirib.

Xatırladaq ki, Viliam Rodrigez adı ilk dəfə olaraq 11 sentyabr 2001-ci ildə ABŞ-dakı Dünya Ticarət Mərkəzinin partladılmasından sonra tanınıb. Ekiz qüllələrdə təmizlikçi işləyən Rodrigez, partlayış zamanı həyatını təhlükələrə ataraq, çoxsaylı insanın həyatını xilas edib. O, göstərdiyi cəsarətə görə Mili Qəhrəman elan edilib və həmin vaxtdan sonra ABŞ-ın ən tanınmış insanı olub. Rodrigez ona film və siyasət dünyasından edilən təkliflərə “Həyatını itirmiş insanlardan istifadə edərək pul qazanmaq istəmirəm” deyərək, bunlardan imtina edib. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!