Avropa Xəbərləri

İspaniyanın Sevilya şəhərində Came Məscidlərin tikintisinə icazə verilmədi

  • News Code : 761612
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Son illər ərzində İspaniyada böyük Məscidlərin tikintisi və ya kirayəyə götürülməsi bir növ ictimai qadağalar ilə üzləşib. Təkcə Sevilya şəhərində tikiləcəyi nəzərdə tutulan 5 Məsciddən 3-ü qonşuların təşkil verdikləri təzahüratlar və müəmmalı siyasi qadağalar nəticəsində tikilə bilmədi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İspaniyada ərazisi 140 km², əhalisinin sayı 703.021 nəfəri ötən Sevilya şəhərində İslamafobiya siyasətlərinin nəticəsi olaraq 3 Came Məscidinin tikintisinə ölə rəsmiləri tərəfindən qadağa qoyuldu.

El Mundo qazetinin ötən günkü sayında bu haqda belə yazılıb: Sevilya şəhərində 30 min Müsəlman əhalisi üçün rəsmi sürətdə qeydiyyata alınan 8 Məscid vardır. Bu Məscidlərin əksəriyyəti ticarət obyektlərində və sənaye məkanlarında fəaliyyət göstərir. Məscidlər imkanat cəhətindən çox aşağı səviyyədədir. Eyni zamanda da xeyli sayda namaz qılanlar üçün bu Məscidlərdə ibadət etməyə yer çatmır.

Sevilya şəhərinin ictimai yerlərində yeni Məscidlərin bərpa edilməsi olduqca yaxşı işdir lakin ictimai obyektlərin kirayə götürülməsinin özünün ayrıca dərd-səri vardır. Bəzi hallarda mülk sahibləri biləndə ki, əmlaklarından Məscid ünvanında istifadə olunacaq kirayə verməkdən vaz keçirlər.

Son illər ərzində İspaniyada böyük Məscidlərin tikintisi və ya kirayəyə götürülməsi bir növ ictimai qadağalar ilə üzləşib. Təkcə Sevilya şəhərində tikiləcəyi nəzərdə tutulan 5 Məsciddən 3-ü qonşuların təşkil verdikləri təzahüratlar və müəmmalı siyasi qadağalar nəticəsində tikilə bilmədi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!