Müsəlmanlar həmcinsbazlığa etiraz etdi

Fransada Müsəlmanların keçirdəcəkləri illik sesiyanın mövzusu “Ailə Dəyərlərindən Müdafiə”-dir

  • News Code : 603444
Brief

“Fransa İslam Təşkilatları Birliyi”nin katibi Əmmar əl-Sifr yaramaz layihəyə etiraz əlaməti olaraq övladlarının orta təhsil məktəblərinə getmələrinin qarşısını almaq istəyən bir qrup insanlara bildirib: “Biz, uşaqların böyüklərin işlərinə qatılmasına qarşıyıq. Biz, diskusiya tərəfdarıyıq, qalmaqaldan da uzaq olan insanlarıq.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransanın Lo Fiqaro qazeti bildirir ki, son iki ildə Fransa Müsəlmanları qalmaqallı “Evlənmək hammı üçün! Və həmcinsbazların bir biriləri ilə evlənməkini təsdiqləyən Cisiyyət fərziyyəsi” ilə əlaqədar ehtiyatla rəftar etmiş və bu işlə razılaşmasalar da lakin ona qarşı da çıxmamışlar. Ancaq bu həftə Fransa Müsəlmanlarının keçirdəcəkləri illik sesiyaları onların iki illik sükutuna son qoyacaq.

Konfransın mövzusu “Tərəqqi dünyasında nələri dəyər adlandırmaq olar? İnsan, Ailə, İctimai həyat.” qoyulduğu bildirilir.

“Fransa İslam Təşkilatları Birliyi”nin katibi Əmmar əl-Sifr verdiyi açıqlamada bildirib: “Evlənmək Hammı üçün! məsələsi bizim dini qanunlarımıza ziddir. Elə buna görə də bu iş bizim nigərançılığımıza səbəb olub.”

Qeyd olunan Birliyin sabiq katibi Əhməd Cabullah isə ötən il 13 yanvar tarixdə həmcisbazlar əleyhinə keçirilən mitinqdə iştirak edərək demişdir: “Bu mövzu ilə əlaqədar bizim mövqeyimiz digər dinlərin mövqeyi ilə üst-üstə düşür. Biz, ailəni ictimaiyyətin əsası bilirik. “Evlənmək hammı üçün!” və “bərabərlik” fenomeni bir başa ailəni sual altına aparır.”

Əmmar əl-Sifr bu yaramaz layihəyə etiraz əlaməti olaraq övladlarının orta təhsil məktəblərinə getmələrinin qarşısını almaq istəyən bir qrup insanlara bildirib: “Biz, uşaqların böyüklərin işlərinə qatılmasına qarşıyıq. Biz, diskusiya tərəfdarıyıq, qalmaqaldan da uzaq olan insanlarıq.”

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib