Avropanın anti-İslam Siyasətləri

Fransada Müsəlmanlara qarşı zorakılıq davam edir

  • News Code : 504092
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Fransa Müsəlmanlarının Şurası apardığı araşdırmalarda, 2013 –cü ildə İslam Dini ilə düşmənçilikin 11.3 faiz artdığını bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransa Müsəlmanlarının Şurası ölkədə Müsəlmanlara qarşı zorakılıq siyasətlərinin genişləndiyi haqda bəyanat yayımlayıb.

Fransa Müsəlmanlarının Şurası apardığı araşdırmalarda, 2013 –cü ildə İslam Dini ilə düşmənçilikin 11.3 faiz artdığını bildirib.

Şuranın bildirdiyinə görə, Fransada İslam Dininə qarşı düşmənçilikin artmasına səbəb, Fransanın Hicablı qadınlarına qarşı zorakılıq aktlarının artmasıdır.

Bildirək ki, Reuters Agentliyi bir müddət öncə, 20 Mart, 2013 tarixdə, 18 yaşlı Rəbiə Benton adlı fransalı Müsəlman xanımın Parisin şimal – şərq məntəqəsində xristian və yəudi millətçilərinin hücumuna məruz qaldığını elan edib.

Belə ki, hadisəni şərh edən Rəbiə ona qarşı zorakılıq edənlərin məhz onun Dini və Hicabı ilə problemləri olduğuna işarə edərək deyib: “İki nəfər kişi xəylaqı üzərimə hücum çəkərək Hicabımı başımdan zorla açdılar”.

Qeyd edək ki, 2013- cü ildə təkcə Fransanın paytaxtı Parisdə Müsəlmanların kompakt yaşadıqları İl de Frans məntəqəsində Müsəlman xanımlara qarşı 49 zorakılıq aktı qeydə alınıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib