Avropa Geri Çəkilir

Avstraliya “əl-Nüsrə cəbhəsi” qruplaşmasın terror siyahısına qeyd etdi

  • News Code : 401114
  • Source : ABNA- Xəbər Agentliyi Fars Nyusa istinadla
Avstarliya Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, Avstraliyada “əl-Nüsrə” terror qruplaşmasına ianə məqsədi ilə pul yığan hər bir şəxsi 10 il həbs cəzası gözləyir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Avstraliya dövləti 18 mart 2013 tarixdə əl-Qaidə terror təşkilatının qanadı sayılan əl-Nüsrə cəbhəsi”n terror siyahısında qeyd edib.

Avstraliya Xarici İşlər Naziri Bob Kar bildirib ki, Astraliya dövlətinin bu addımı məhz əl-Nüsrə cəbhəsinə olunan maddi və mənəvi dəstəklərin dayandırılması zəminində atılmışdır.

Bob Kar qeyd edib ki, bu terror qruplaşmasının 5 mindən artıq fundamental döyüşçüsü vardır. Bu qruplaşma terror və cinayətlər ilə dolu bir tarixə malikdir. Onlar təkcə Suriya Milli Ordusuna qarşı deyil, hətta Suriya mülki vətəndaşlara qarşı amansızlıqlar törətmişlər.

Avstraliya Xarici İşlər Naziri sonra bildirib: “əl-Nüsrə” kimi radikal qruplaşmaların təkcə Suriyada deyil, ümumiyyətlə dünyanın heç bir yerində onlara yer yoxdur”.

Bob Kar daha sonra əlavə edərək deyib: ““əl-Nüsrə” terror qruplaşmasının İraqda fəaliyyət göstərən “əl-Qaidə” terror təşkilatı ilə bir başa sıx əlaqəsi vardır, əl-Qaidə qruplaşması vaxtaşırı olaraq, Suriyaya canlı və maddi yardımlar göstərməkdə davam edir”.

Avstarliya Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, Avstraliyada “əl-Nüsrə” terror qruplaşmasına ianə məqsədi ilə pul yığan hər bir şəxsi 10 il həbs cəzası gözləyir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib