Avropa Səlib Yürüşünün Davamında

Paris uydurma “erməni soyqırımı rəddinə cəza" qanunun qəbulun təsdiqləyib

  • News Code : 327984
  • Source : Haqq Yolu
Papazyan prezident Olandın seçki vədi olan "Uydurma Erməni soyqırımı rəddinə cəza" qanununu qəbul etmək haqqındakı sözünün üstündə duracağını söyləyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Fransada şənbə günü çıxan "Fransua Oland Erməni cəmiyyətini telefonla axtardı" iddiaları Yelisey Sarayından gələn açıqlama ilə rəsmən təsdiqləndi.

Açıqlamada prezident F.Olandın radikal irqçi Daşnak Partiyasının Qərbi Avropa idarəçisi Murad Papazyana telefon açdığı ifadə edilir. Papazyan prezident Olandın seçki vədi olan "Uydurma Erməni soyqırımı rəddinə cəza" qanununu qəbul etmək haqqındakı sözünün üstündə duracağını söyləyib. (DHA)

Lakin ötən həftə Suriya ilə əlaqədar keçirilən yığıncaq əsnasında Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə çox səmimi bir dialoq içində olan Fransa xarici işlər naziri Laurent Fabius verdiyi mətbuat konfransında "uydurma soyqırımın rəddinə cəza" qanununun konstitusiya şurası tərəfindən "Konstitusiyaya zidd" olduğu üçün qarşısının alındığını, qəbul edilə biləcək bir başqa qanunun eyni aqibətə uğrayacağı üçün bir daha Fransanın belə bir qanun qəbul etməyəcəyini ifadə etmişdi. Bu açıqlama erməni diasporunun radikal milliyyətçi hissəsində çaxnaşmaya səbəb olmuşdu.

        

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib