FRANSA QALMA-QALLIĞ İÇİNDƏ

Parisdə işsizlərin yürüşü keçirilib

  • News Code : 270677
  • Source : APA
Parisdə iqtisadiyyatdakı qeyri-sabitlik əleyhinə kütləvi aksiya keçirilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Parisdə iqtisadiyyatdakı qeyri-sabitlik əleyhinə kütləvi aksiya keçirilib. Bu tipli aksiya Fransa paytaxtında artıq doqquzuncu ildir dalbadal keçirilir.

Nümayişçilər Parisin Stalinqrad meydanından Klişi meydanınadək 4 km məsafə qət ediblər. Onlar işsizliyə son qoyulmasını, yeni iş yerlərinin açılmasını tələb ediblər.

Aksiya iştirakçıları hökumətdən uğursuz iqtisadi siyasətə böhran bəhanəsi ilə haqq qazandırmamağa çağırıblar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!