Güc Birlikdədir

Üləma və İslam Oyanışı Konfransı”nda İmam Xameneinin oxuduqları bəyanatın tam mətni

  • News Code : 414943
  • Source : Haqq Yolu
Brief

Müqavimət, dözümlülük, agahlıq və "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" vədinə güvənmək İslam sivilizasiyasının zirvəsinə çatana qədər İslam ümməti üçün bu şərəfli yolu açıq saxlayan amildir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən 9 ordibehişt, 1392 (Hicri Şəmsi) il, 29 aprel 2013 (Miladi Tarixi) ilinə təsadüf edən “Üləma və İslam Oyanışı Beynəlxalq Konfransı”nda İmam Xamenei cənablarının oxuduqları bəyanatının tam mətni.

 

Bağışlayan və Mehriban Allahın adı ilə

Siz əziz qonaqlara xoşgəldin deyirəm. Əziz və Rəhmli Allahdan diləyirəm ki, bu kollektiv fəaliyyətlərə bərəkət versin və onu müsəlmanların tərəqqisində təsirli addım buyursun. Həqiqətən, O, eşidən və qəbul edəndir.

Bu iclasda haqqında danışacağınız İslam Oyanışı mövzusu hazırda İslam dünyasının və İslam ümmətinin ən aktual məsələsidir. Bu böyük hadisə Allahın izni ilə sağlam şəkildə davam etsə, yaxın gələcəkdə İslam ümmətinə və bütün bəşəriyyətə İslam sivilizasiyasını ərməğan edəcək.

Bu gün bizim gözlərimiz önündə baş verən və heç bir məlumatlı insanın inkar edə bilmədiyi məsələ budur ki, İslam dünyanın ictimai və siyasi hadisələrinə təsirsiz mövqedən çıxıb təyinedici amillərin mərkəzində mühüm yer tutmuşdur və həyata, siyasətə, hakimiyyətə və ictimai dəyişikliklərə dair yeni konsepsiya təqdim edir. Kommunizm və liberalizmin iflasından sonra dərin elmi və nəzəri boşluğun yarandığı indiki dünyada bu, əhəmiyyətli və mənalı fenomen sayılır. Bu, Şimali Afrikada və ərəb regionunda baş verən siyasi və inqilabi hadisələrin beynəlxalq miqyasda buraxdığı ilk təsirdir. Və bunun özü gələcəkdə baş verəcək daha böyük hadisələri müjdələyir.

Hegemon və irtica düşərgələrinin sözçülərinin hətta adını belə söyləməkdən çəkindikləri və qorxduqları İslam oyanışının əlamətlərini təxminən bütün İslam dünyasında görmək olar. Onun ən aydın əlaməti ictimai rəyin, xüsusən də gənc təbəqələrin İslamın əzəmətinin dirçəldilməsinə, beynəlxalq istismarçı sistemin mahiyyətini öyrənməyə, iki yüz ildən artıq müddətdə müsəlman və qeyri-müsəlman şərqi öz qanlı pəncələri arasında sıxan, mədəniyyət və sivilizasiya pərdəsi altında xalqları özünün rəhmsiz və təcavüzkar ambisiyalarına qurban verən hökumət və mərkəzlərin həyasız, zalım və hegemon simalarının aşkara çıxmasına göstərdiyi həvəsdir.

Bu mübarək oyanışın əhatəsi genişdir, əsrarəngiz şəkildə davam edir. Şimali Afrikanın bir neçə ölkəsində əldə edilən nailiyyətlər qəlblərdə böyük nəticələrə əminlik yarada bilər. İlahi vədlərin möcüzəli reallaşması ümidverici nişanədir və qarşıda daha böyük vədlərdən müjdə verir. Quranın Musanın anasına iki vədi haqqında danışdıqları bu ilahi taktikanın nümunəsidir.

Körpənin suya atılması əmri verilən ağır anda ilahi vəd bu oldu: “Biz Musanın anasına: “Onu əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) Qorxma və (ayrılığına) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də şəriət sahibi olan peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik.” (Qəsəs, 7)

Ananı rahatlatmaq üçün verilən bu kiçik vədin ardınca çox böyük və təbii ki, əzab-əziyyət dolu, uzun mübarizə və dözümlülük tələb edən risalət vədi gəldi: “Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, (Musanı) anasına qaytardıq”. (Qəsəs, 13) Bu doğru risalət vədi qısa zaman sonra gerçəkləşdi və tarixin istiqamətini dəyişdirdi.

Digər bir nümunə şərif evə hücum edənlər qarşısında ilahi qüdrətin zəfərinin xatırladılması idi. Allah insanları Böyük Peyğəmbər vasitəsilə həvəsləndirir: “Bu evin Rəbbinə ibadət etsinlər!” (Qureyş, 3); “Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! ( Fil, 2) Yaxud sevimli peyğəmbərini mənən gücləndirmək və “Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu” (Zuha, 3) vədinə inandırmaq üçün "Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!" (Zuha, 6-7) nemətlərini yada salır. Quranda belə nümunələr çoxdur. İranda İslam qələbə çalıb, Amerikanın və sionizmin çox həssas olan bu regionun ən həssas ölkələrindən birində yerləşən qalasını fəth edəndə ibrət və hikmət sahibləri bildilər ki, dözüm və agahlıq olan yerdə digər zəfərlər bir-birinin ardınca gələcək; və gəldi də.

İslam Respublikasının düşmənlər tərəfindən etiraf olunan bütün parlaq nailiyyətləri ilahi vədə inamın, dözümlülüyün, müqavimətin və Allahdan yardım istəməyin sayəsində əldə olunmuşdur. Bizim xalqımız gərgin durumlarda "Artıq yaxalandıq" (Şüəra, 61) deyən zəif insanların təhriki qarşısında "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!" (Şüəra, 62) fəryadını ucaltmışdır.

Bu dəyərli təcrübə bu gün hegemonluğun və avtoritorizmin qarşısında ayağa qalxıb Amerikanın fərmanına müntəzir dayanan asılı və fəsadlı rejimləri devirmiş, yaxud silkələtmiş xalqların ixtiyarındadır.

Müqavimət, dözümlülük, agahlıq və "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" vədinə güvənmək İslam sivilizasiyasının zirvəsinə çatana qədər İslam ümməti üçün bu şərəfli yolu açıq saxlayan amildir.

Müxtəlif İslam ölkələrinin və məzhəblərinin təmsilçiləri olan ümmət alimlərinin toplandığı bu mühüm məclisdə İslam oyanışına dair bir neçə məsələyə toxunmağı lazım bilirəm.

Birinci məsələ budur ki, birinci müstəmləkəçilərin bu region ölkələrinə gəldiyi zaman burada ilk oyanış dalğaları əksərən din alimləri və dini islahatçılar tərəfindən yaradıldı. Seyid Camaləddin, Məhəmməd Əbdüh, Mirzə Şirazi, Axund Xorasani, Mahmud əl-Həsən, Məhəmməd Əli, Şeyx Fəzlullah, Hacağa Nurullah, Əbüləla Mövdudi kimi dəyərli rəhbər və şəxsiyyətlərin, habelə İran, Misir, Hindistan və İraqdan olan onlarla məşhur, böyük, mücahid və nüfuzlu ruhaninin adı tarixin səhifələrində həmişəlik qeyd olunmuşdur.

Müasir dövrdə Böyük İmam Xomeyninin parlaq adı İran İslam İnqilabının başı üzərində ulduz kimi işıq saçır. Bundan əlavə, bu gün və dünən yüzlərlə məşhur, minlərlə qeyri-məşhur alim müxtəlif ölkələrdə böyük və kiçik islahat işlərində mühüm rol oynamışlar. Həsən əl-Bənna və İqbal Lahuri kimi qeyri-ruhani din islahatçılarının siyahısı da uzun və heyrətamizdir.

Ruhani və din xadimləri hər yerdə az-çox xalqın düşüncə mənbəyi və psixoloji dayağı olmuşlar. Onlar hansı böyük hadisədə rəhbər və qabaqcıl olmuşlarsa, təhlükələr qarşısında xalqın ön sıralarında hərəkət etmişlərsə, onlarla xalq arasındakı düşüncə rabitəsi artmış, insanlara təsir gücləri çoxalmışdır. Bu, İslam oyanışı hərəkatına faydalı olduğu qədər həm də ümmətin düşmənlərinə, İslama ədavət bəsləyənlərə və İslam dəyərlərinin hakimiyyətinə qarşı çıxanlara problem yaradır. Onlar dini mərkəzlərin düşüncə qaynaqlığını almağa və onların əvəzinə yeni qütblər təqdim etməyə çalışırlar. Təcrübədən bilirlər ki, onlarla milli prinsip və dəyərlər üzərindən asanlıqla bazarlıq etmək olar. Təqvalı din alimləri və öhdəçi din xadimləri ilə isə bu mümkün deyil.

Bu, din alimlərinin vəzifəsini daha ağırlaşdırır. Onlar düşmənin hiylə və fəndlərini öyrənməli, çox diqqət və sayıqlıqla təsir yolunu tam bağlamalı və onu nakam qoymalıdırlar. Rəngarəng dünya süfrələrində əyləşmək ən təhlükəli məsələdir. Pul və güc sahiblərinin bəxşişinə bulaşmaq, ehtiras və hakimiyyət tağutları ilə duz-çörək kəsmək xalqdan ayıran, onun inam və etimadını yox edən ən təhlükəli amildir. Zəif insanları hakim qüvvələrə doğru çağıran mənəmlik və vəzifə həvəsi fəsad və azğınlığa səbəb olan amildir. Quranın bu ayəsini həmişə yadda saxlamalısınız: "Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq təqvalılara məxsusdur!" (Qəsəs, 83)

Bu gün ümidverici İslam oyanışı dövründə bəzən bir tərəfdən Amerika və sionizm muzdurlarının etimadsız düşüncə mərkəzləri yaratmağa dair səylərini, digər tərəfdən də şəhvətpərəst qarunların dindar və təqvalı qüvvələri özlərinin zəhərli və çirkin süfrələrinə oturtmaq cəhdlərini göstərən səhnələr müşahidə olunur. Din alimləri və din xadimləri bundan çox ehtiyatlı olmalıdırlar.

İkinci məsələ müsəlman ölkələrində İslam oyanışı üçün uzunmüddətli məqsəd təsvir etməkdir. Bu, xalqların oyanışına istiqamət verib onları səsləyən uca nöqtədir. Bu məqsədi tanıdıqdan sonra yol xəritəsi yazıb orta və yaxın məqsədləri müəyyən etmək olar.

Bu son məqsəd "parlaq İslam sivilizasiyası yaratmaq"dan kiçik bir məqsəd ola bilməz. Bütün İslam ümməti xalq və ölkələr formatında Quranın istədiyi sivilizasiyaya malik olmalıdır. Bu sivilizasiyanın əsas ümumi səciyyəsi insanların bütün maddi və mənəvi potensiallardan istifadə etməsidir. Allah bu imkanları onların səadəti və inkişafı üçün təbiətdə və öz vücudlarında yaratmışdır. Bu sivilizasiyanın zahiri gözəlliyini xalq hakimiyyətində, Qurandan alınmış qanunlarda, ictihadda, bəşərin növbənöv ehtiyaclarına cavab verməkdə, qapalılıq və mürtəcelikdən, həmçinin bidət və eklektizmdən uzaq durmaqda, ümumi rifahın yaranmasında, ədalətin bərqərar edilməsində, inhisarçılığa, sələmə və sərvətlə öyünməyə əsaslanan iqtisadiyyatdan qurtulmaqda, bəşəri əxlaqın rəvacında, dünya məzlumlarını müdafiədə, işdə, çalışmada və yaradıcılıqda görmək olar və görünməlidir. Humanitar elmlərdən tutmuş rəsmi pedaqoji sistemə, iqtisadiyyat və bankçılıqdan tutmuş texnika və texnologiya istehsalına, müasir informasiya vasitələrindən tutmuş incəsənətə, kinoya və beynəlxalq münasibətlərə qədər bütün sahələrə elmi və ictihad baxışı bu sivilizasiyanın şərtlərindəndir.

Təcrübə göstərir ki, bunların hamısı mümkün və bizim cəmiyyətlərimizin imkanları daxilindədir. Bu gələcəyə tələsik, yaxud pessimist yanaşmaq olmaz. Öz imkanlarına inamsızlıq ilahi nemətə küfr etmək, ilahi yardımı və xilqətin qanunlarının köməyini unutmaq və "Onun barəsində bədgüman olanlar"a (Fəth, 6) çevrilməkdir. Biz istismarçı qüvvələrin elmi, iqtisadi və siyasi inhisarlarını yara və İslam ümmətini dünya xalqlarının hegemon azlığa məğlub olan çoxluğunu müdafiədə öncül edə bilərik.

İslam sivilizasiyası iman, elm, əxlaq və davamlı mübarizə xüsusiyyətləri ilə İslam ümmətinə və bütün bəşəriyyətə mütərəqqi düşüncə və uca əxlaq hədiyyə edə, bugünkü Qərb sivilizasiyasının təməlləri olan materialist və zülmkar dünyagörüşündən, çirkab dolu əxlaqından qurtuluş nöqtəsi ola bilər.

Üçüncü məsələ budur ki, siyasətdə, əxlaqda, rəftarda və həyat tərzində Qərbi yamsılamaqdan ibarət olan acı və dəhşətli təcrübə İslam oyanışı hərəkatlarının daim diqqət mərkəzində olmalıdır. İslam ölkələri hegemon dövlətlərin mədəniyyət və siyasətlərini bir əsrdən artıq yamsılamaqla siyasi asılılıq, iqtisadi fəlakət və yoxsulluq, dəyər və əxlaqın süqutu və xəcalətli elmi gerilik kimi həlakedici problemlərə düçar oldu. Halbuki İslam ümməti bütün bu sahələrdə şanlı keçmişə malikdir.

Bu sözü Qərblə düşmənlik kimi başa düşməyin. Biz coğrafi fərqlərə görə heç kimlə düşmənlik etmirik. Biz Əlidən (ə) insanlar haqda bunu öyrənmişik: "İnsanlar iki qisimdir: ya din qardaşların, ya da xilqətdə bənzərlərin" (Nəhcül-bəlağə, Malik Əjdərə məktub). Bizim şikayətimiz müstəmləkəçi və hegemon qüvvələr tərəfindən xalqlarımıza edilən zülm və hegemonluqdan, təcavüz və hökmranlıqdan, yaradılan fəsadlardan, əxlaq və əməl pozğunluğundandır. Amerikanın və regiondakı bəzi davamçılarının hökmranlığını, müdaxilə və hegemonluğunu oyanış mehinin qiyam və inqilab tufanına çevrildiyi ölkələrdə indinin özündə də müşahidə edirik.

Onların vəd və təhdidləri siyasi elitanın qərar və hərəkətlərinə və xalqın möhtəşəm hərəkətinə təsir göstərməməlidir. Burada da təcrübələrdən dərs almalıyıq. Uzun illər Amerikanın vədlərinə bel bağlayıb, əməl və siyasətlərində zalıma etimadı rəhbər tutanlar xalqlarının heç bir problemini həll edə, özlərini və ya başqalarını zülmdən qurtara bilmədilər. Onlar Amerika qarşısında təslimçiliklə fələstinlilərə məxsus


Asura mystery of creation
Mourining of Imam Hossein
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1440 / 2019
We are All Zakzaky
conference-abu-talib