Vicdanı Olan Şəxs Hər Bir Məsələyə Düzgün Reaksiya Verər

Əli Kərimli haqqı dedi

  • News Code : 317288
  • Source : ABNA- Xəbər Agentliyi
İİR-da milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda baş vermiş quduzluğa Əli Kərimli məntiqli cavab verdi.

AXCP sədri Əli Kərimli İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib: “İİR-da milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil”.

O bildirib ki, İran İslam Respublikası ilə Azərbaycan arasında əlaqələrin gərginləşməsi onu narahat edir: “Azərbaycanla İran arasında obyektiv problemlər var. Unutmaq lazım deyil ki, İran əhalisinin böyük hissəsi, 40 faizdən çoxu türklərdir. Bunu İİR rəsmiləri özləri bəyan edib”.

Ə. Kərimli Xəzərin dibinin bölünməsi məsələsində də narazılıqlar olduğunu deyib: “İctimai Palata Azərbaycanın gələcəyini avropa ailəsində görsə də, İİR və Rusiya ilə də əlaqələrimizin normal olmasını istəyirik”.

Ə. Kərimli son vaxtlar münasibətlərin süni şəkildə gərginləşdirilməsi cəhdlərinin artdığını vurğulayıb: “Münasibətlərin gərginləşməsi heç bir ölkənin xeyrinə deyil. Şəxsi məsələlərlə bağlı iki ölkə arasında gərginlik yaradılması da düzgün deyil”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib