Fitrətlə Mübarizə Aparanlar

Şuşanın işğalına matəm keçirtmək əvəzinə gey-parad qeyd olunur

  • News Code : 313664
  • Source : Fakt Xeber
Növrəstə İbrahimova: "Dünya qurulandan kişinin qeyrəti bizdə o qədər üstün olub ki...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyasının Qadınlar Şurası və «Əsgər Analarına Dəstək» İctimai Birliyinin sədri Növrəstə xanım İbrahimova Şuşanın düşmən tapdağında olmasının 20 illiyi ilə əlaqədar tədbir keçirdi.Tədbiri giriş sözü ilə açan Növrəstə xanım ilk öncə bu günlə əlaqədar hamıya dərin başsağlığı verdi. Sonra isə insanlarımızın laqeyidliyindən danışdı: «Torpaqldarımız neçə illərdir inildiyir. Bu iniltiləri mənəvi və cismi duyğu ilə duymaq, Vətən yolunda gedən şəhidlərimizin ruhunu şad eləmək əvəzinə gözdən pərdə asmaq üçün ildə bir dəfə «filan yerin alınan günüdür» deyilir. Hələ üstəlik ağla, əxlaqa sığmayan hərəkətlərə də yol verilir. Dünyada gözəlliyi ilə ikinci yeri tutan çinar meşəli, səfasından gözlər doymaz Zəngilanı, firuzə, qızıl yataqlı, məlhəmləri daxili və xarici xəstəlikləri sağaldan gözəl Kəlbəcəri, uca dağlar zirvəsində qartalların oylağı Laçını, Azərbaycanın görən gözü, vuran ürəyi, axan qanı, mirvari Şuşanı, qəhrəmanları ilə ün salan Qubadlını, gözəl mənzərəli Cəbrayılı… əldən verməyinə baxmayaraq, bu gün şənlənərək, təmtəraqla «Avroviziya» «sevincini» xalqına zorla yaşadanları ən azından arsız adlandırmaq olar. Halbuki qız-gəlini erməninin əlində əsir gedən ölkənin kişilərinin gərək gecələri yuxusu qaçsın, gündüzləri rahatlığı pozulsun».N.İbrahimova xalqımızın bütün bunarı düşünmək əvəzinə Azərbaycanın nə özünün, nə torpağına, nə də mənsubiyyətinə yaraşmayan iyrənc bir parad keçirdilməsi üçün geniş meydan veridiyini bildirdi: «Dünya qurulandan kişinin qeyrəti bizdə o qədər üstün olub ki, hətta bəzən xanımlarımızı tərifləyəndə də «qadın ləçəkli, kişi qeyrətli» deyilib. İndi qadınlıq hissləri ilə qürrələnən «kişilərə» mən Vətənə məhəbbətdən danışa bilərəmmi? Bir xalq ki, bu boyda problemlərin qarşısında mobil telefonla oynamaqla gününü keçirə, «Avroviziya»ya kimlərin gələcəyini billə-bilə bu tədbirlə fəxr eləyə, biz belə insanlara necə deyək ki, Vətən, namus əldən gedib? Bizim ən böyük bəlamız odur ki, mənəvi, namus yarası bizlərdə tez sağalır. Halbuki, cismimizdə bir balaca mərəz olanda döymədiyi həkimin qapısı qalmır.Əsgər Analarına Dəstək İB sədri torpaqlarımızın alınan günündən Vətən qeyrəti olan oğlanlarımızın məhv edildiyini, yoxa çıxarıldığını dedi: «Yerdə qaldı dindarlarımız. Hansı ki, həm vətənimizin qeyrətini çəkdilər, həm də ana –bacılarımızın yaylığına əl atanların qarşısını almaq üçün əllərindən gələni etdilər. Bu gün Azərbaycanın ən ləyaqətli övldalrından olan bu insanlar məhbəsdədirlər. Amma yenə bizimlə fəxr edirlər, deyirlər bizi burda şad eləmək istəyirisinizsə, öz haqq sədanızdan geri qalmayın».Bundan sonra söz şəhid Sadiqin anası Aynur xanıma verildi. O, əvvəlcə Şuşanın işğalı günü statistik məlumat verdi. 10 saatlıq döyüşdən, əsir düşən və bu günə qədər haqqında heç bir məlumat alınmayan 68 əsgərimizdən danışdı. Sonra günümüzdə «atəşkəs» dövründə şəhid olan balarımızı yadl elədi: «Bu gün ana oğlu böyüdür ki, getsin Vətəni qorusun. Amma heç az keçmiş ki, üstünə cənazəsi gəlir. Bu dediyimi nəzərə almaqdansa, hökumət Avroviziya mədəniyyətini nümayiş eləyir. Nə deyim, Allah insanlarımızı hidayət eləsin».Gülşən Məmmədova qeyrətli oğullarımızın bir qisminin torpaq altında, digərlərinin isə həbsxanada olduğunu dedi: «Amma heç birimiz heç nə edə bilmirik. Bu insanların hamısı Vətən yolunda, namus yolunda canlarını fəda ediblər, Bizim bir çıxış yolumuz qalıb: Övladlarımızı İslam ruhunda, vətənpərvərlik sevgisiylə böyütməliyik. Bu gün əsgərlərimizə zülm edilir. Halbu ki, onlara mənəviyyat dərsi keçilməli, qeyrət-namus anladılmalıdır. Əgər belə olarsa, necə ki, ötən srin 90-cı illərində qəhrəman övladlarımız heç nəyə baxmayaraq, canlarını fəda etdilər, bu gün də eləcə Qarabağımızı düşmən tapdağından azad edərlər».Fatimə xanım qadınları birliyə çağırdı: «Ən böyük məsuliyyət biz anaların üzərinə düşür. Nəyə görə düşünürük ki, biz qadınıq, söz desək, abrımız gedər. 20 il əvvəl işğala məruz qalmış torpağımızı yad etmək üçün matəm qeyd eləmək əvəzinə, bu gün «Avroviziya»ya hazırlaşırıq. Əslində abrımız məhz burda gedir».Son olaraq söz Kəmalə Manafovaya verildi: «Nə qədər ki, belə gedir, biz toropaqlarımızı qaytara bilməyəcəyik. Çünki bu «yuxarılara» sərf eləmir. «Gey parad» keçirən ölkə hansı qeyrətdən, namusdan danışa bilər?! Mitinqlərdə polislərimiz qadınların yaylığına əl atırlar. Heç bu Azərbaycanlıya yaraşan işdir? Bu gün Azərbaycanı tanıtmaq üçün «Avroviziya» tədbiri keçirilir. Bu özlüyündə çox təəssüf doğurucu haldır. Yaxşı olardı ki, dünya dövlətləri bizi nemətlərimizlə, mili irsimizlə tanıyaydı» Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib