ABŞ-a Qarşı Etirazlar Səngimir

Qum Tələbələri ABŞ-ın rəzilliklərilə bağlı Beynəlxalq Etiraz Konfransı keçirtdi + Foto

  • News Code : 303033
  • Source : ABNA- Xəbər Agentliyi
Tələbələr ABŞ ordusunun Əfqanıstandakı törətdiyi cinayətlərə qarşı Beynəlxalq Etiraz Konrfransı təşkil etdilər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 16 martın 2012 il tarixində Qum elmi Hövzəsində təhsil alan bir qrup cavan tələbələr mənfur ABŞ ordusunun Əfqanıstandakı törətdiyi cinayətlərə qarşı ocümlədən Müqəddəs Qurani Kərimin yandırılmasına və dinc əhalinin gülləbaran etməsinə qaşı Beynəlxalq Etiraz Konrfransı təşkil etdilər.

Beynəlxalq Etiraz Konrfransı Qum Şəhərinin İmam Səccad (əleyhis səlam) adına Məsciddə keçirildi. Konfransa başlamazdan əvvəl şəhid olmuş bütün müsəlmanların xüsusi ilə də Əfqanıstanda şəhid olanların ruhları Quran Kərimin tilavəti ilə yad edildi.

Sonra yerli vaxt ilə saat 9:30- da Konfrans öz rəsmi açılışın elan etdi. Konfransın aparıcısı Höccətül İslam Seyyid Muhəmməd Musəvi idi. Etiraz Konransı ilk öncə “Quran Qarisi” Muhəmməd Əli Fruği tərəfindən Müqəddəs Quran Ayələrinin tilavəti ilə öz fəaliyyətinə başladı.

Daha sonra Höccətül islam Seyyid Bəsir İhsani tiribuna arxasına keçərək İslam Ümmətinin vəhdətindən və tezliklə işğalçı ABŞ ordusunun Müsəlman ölkələrindən xüsusi ilə də Əfqanıstandan çıxmasın tələb etdi.

Seyyid Bəsir Vəhhabiliyin qısa tarixcəsinə işarə edərək bildirdi: “Elə düşünməyək ki, Talibanla ABŞ iki ayrı-ayrı məzhəbə qulluq edən qrumlardır. Bəli! Onların ikisidə bir məzhəbə Şeytanpərəstliyə xidmət edir. Bu gün əgər kimsə düşünürsə ABŞ qüvvələrinin Əfqanıstanda qalması Taliban qüvvələrinin dövlət başına gəlməsinin qarşısını alır, çox böyük səhv edir”.

Növbəti Çıxış İran İslam Respublikasının Ekspertidsiya Məclisinin üzvü Ayətullah Kəbi cənablarına verildi.

Həzrəti Ayətullah Kəbi cənabları çıxışında ABŞ və Dünya İstikbarçılarının əsas mahiyyətinə işarə edərək onların hədəflərinin yalnız Həqiiqi İslamı yer üzündən yox etməsi olduğunu vurğuluyaraq bu dönəmdə bütün Müsəlmanların bir araya gələrək zülmə qarşı çıxmalarını lazım bildi.

Sonda Əfqanıstanın “Qum Üləmaları Şürası”nın Bəyaniyyəsi oxundu.

Qeyd edək ki, Beynəlxalq Etiraz Konfransının əsas təşkilatçıları Müqəddəs Qum şəhərində yerləşən Azərbaycan, Əfqanıstan, İndaneziya, Türkiyə, İraq, Suriya, Pakistan, Tacikistan, Hindistan ölkələrin bəzi Elmi və Mədəni İcmaları olmuşdur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib